Asiya blefaroplastikası

Mündəricat

    Asiya blefaroplastikası


    Asiya blefaroplastikası nədir?
    Asiya blefaroplastikası, yaxud sanqapuri uzaq şərq tipli göz qapaqları forması və kəsiyinin korreksiyasına yönəlmiş estetik əməliyyatdır. Əməliyyat bizim ölkədə az populyar olsa da, Asiya ölkələrində (Çin, Cənubi Koreya və s.) olduqca geniş yayılmışdır.

    Asiya blefaroplastikası üçün göstərişlər

    Asiya blefaroplastikası üçün göstərişlər sırf estetik xarakter daşıyır. Şərq sakinlərinin göz qapaqları avropalıların göz qapaqlarından xeyli fərqlənir. Onların xarakterik cəhəti – üst göz qapağı xəttinin olmaması, həm də epikantusun mövcudluğudur.

    Bununla bağlı monqoloid irqi nümayəndələrinə asiya blefaroplastikası icra edilir, əməliyyat yolu ilə üst göz qapağı xətti yaradılır və epikantus korreksiya edilir. Sangapuri əməliyyatı göz kəsiyini bəyənməyən və baxışlarını daha açıq və ifadəli etmək istəyən pasiyentlər üçün göstərişdir.

    Asiya blefaroplastikası üçün əks göstərişlər

    Asiya blefaroplastikası üçün aşağıdakı əks göstərişlər mövcuddur:

    •    İstənilən iltihabi xəstəliklər;
    •    Dekompensasiya olunmuş şəkərli diabet;
    •    İnfeksion xəstəliklər;
    •    Qan laxtalanması pozuntuları;
    •    Ürək xəstəlikləri;
    •    Hamiləlik;
    •    Onkoloji xəstəliklər;
    •    Həm xroniki, həm də kəskin göz xəstəlikləri.

    Asiya blefaroplastikası əməliyyatının icra olunma texnikası

    Asiya blefaroplastikası plastik cərrahdan xüsusi hazırlıq, geniş praktika tələb edən yetərincə mürəkkəb əməliyyatdır. Hər bir hal fərdidir və hər şey zəruri dəyişikliklərin dərəcəsindən asılıdır.

    Əməliyyatın iki icra edilmə üsulu vardır. Onların əsas fərqi  kəsiyin yerləşmə yeridir:
    Cərrahiyyədə “kəsikli texnika” adlandırılan birinci üsul üst göz qapağının təbii qatında kəsiklər təklif edir: bu, kirpiklərin bitmə xətti və kənardan 5-10 mm yuxarı nahiyədir. Beləliklə, ikili supraorbital qat formalaşır.

    Sonra plastik cərrah lokalizasiya yerinə giriş əldə edərək, artıq dərinin və piy toxumasının yonulmasını icra edir. Sonra hər iki kənar qatbaqat tikilir. Sonuncu mərhələdə plastik cərrah hər bir şeyi saplarla fiksə edir və bütöv kosmetik tikiş qoyur. Zəruri hal olduqda epikantus da götürülür.

    İkinci üsul –  tikişli texnikadır. Bu üsul çox da nəzərə çarpmayan monqoloid göz qapaqları olan, həmçinin üst göz qapağı dərisi çox nazik olan pasiyentlərə uyğundur. 1 mm ölçüsündə kəsik içəri hissədə yerləşdirilir. Əməliyyat zamanı həmin supraorbital qat formalaşdırılır. Sonra üst göz qapağı əzələsi və dəri arasındakı bütün toxuma təbəqələri tikilir. Tikişlər göz qapağı dərisindəki xırda deşiklər vasitəsilə qoyulur.

    Asiya blefaroplastikası

    Reabilitasiya (bərpa) dövrü

    Ümumi reabilitasiya müddəti 2 həftə çəkir. Tikişlər 4-cü sutkada sökülür. Şübhəsiz ki, tez nəticə və asan adaptasiya üçün həkimin bütün tövsiyələrinə əməl etmək zəruridir. İlk növbədə, klinikanı tərk edən kimi gözlər günəş işığından, küləkdən və tozdan müdafiə edilməlidir. Bunun üçün bütün pasiyentlərə tünd eynək istidafəsi məsləhət görülür.

    Bu dövrdə həmçinin kontakt linzaların taxılması və makiyaj çəkilməsi qəti qadağandır. Fiziki gərginlik də istisna edilməlidir. Şişkinliyi azaltmaq üçün kompress istifadəsinə icazə verilir, amma öncədən kompress növü müalicə həkimi ilə razılaşdırılmalıdır. Effektə gəlincə, yekun nəticəni 2 aydan sonra, tam sağalma baş verdikdə müşahidə etmək olar.

    Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə asiya blefaroplastikası əməliyyatını və digər estetik-plastik əməliyyatları professional səviyyədə həyata keçirirəm.


    Onlayn randevu al