Endoskopik abdominoplastika

Mündəricat

    Endoskopik abdominoplastika


    İnsanlar mükəmməlliyə can atır, ətrafdakıların gözündə gözəl və cazibədar olmaq istəyir. Dövrümüzdə bədən korreksiyası ilə bağlı estetik problemləri plastik cərrahiyyənin köməyi ilə həll etmək mümkündür.

    Qarın korreksiyası üzrə cərrahi müdaxilənin metodika seçimi bir çox parametrlərdən, o cümlədən, anatomik xüsusiyyətlər və qarın toxumalarının ümumi vəziyyətindən asılıdır. Endoskopik abdominoplastika potensial pasiyentlərdə çox böyük maraq doğurur.

    Endoskopik abdominoplastika üçün göstərişlər

    Endoskopik abdominoplastika yardımı ilə heç də bütün çatışmazlıqları düzəltmək olmur. Bu tip əməliyyat üçün ciddi, konkret göstərişlər və qarının ön divarı nahiyəsində dəqiq cızılmış problemlər mövcuddur.

    Endoskopik abdominoplastika ön qarın divarının çıxması zamanı o şərtlərdə effektlidir ki, bu nahiyədə çox görünən dəri artıqları olmasın. Əgər dəri artıqları göz qabağındadırsa, ya mini abdominoplastika, ya da klassik abdominoplastika göstərişdir.
    Başqa sözlə, endoskopik qarın gərmə üçün əsas göstəriş qarın toxumaları artıqları olmadıqda diastazın olmasıdır.

    Endoskopik abdominoplastika üçün əks göstərişlər
    Xroniki xəstəlikləri, qan dövranı pozuntusu və tromboflebiti olan pasiyentlərə endoskopik abdominoplastika əks göstərişdir.


    Endoskopik abdominoplastikanın üstünlükləri

    Endoskopik qarın abdominoplastikası zəifləmiş qarın divarı əzələləri olan, amma bu nahiyədə yetərincə elastik dəriyə sahib olan pasiyentlərə uyğundur. Belə metodika böyük və görünən kəsikləri olmayan “genəlmiş” əzələləri bərkitmək imkanı verir.
    Əməliyyat 3 sm-dən böyük olmayan kəsikdən icra edilir. Bu tip əməliyyatda heç bir dəri artıqlarının və sellülozanın yonulması aparılmır.

    Əməliyyatın azinvaziv olması qısa reabilitasiya dövrünü və əməliyyatdan sonra böyük çapıqların olmamasını təmin edir.
    Endoskopik abdominoplastikanın əsas üstünlüyü bundadır. Bundan başqa, unikal əməliyyat qamət və ya beli də korreksiya edərək, liposaksiya ilə eyni vaxtda icra edilə bilər.

    Endoskopik abdominoplastika əməliyyatı necə aparılır?

    Endoskopik abdominoplastika ümumi, yaxud epidural anesteziya altında həyata keçirilir.
    Əməliyyatın bütün mərhələləri göbək və qasıqüstü nahiyədə edilmiş, uzunluğu 3 sm-dən artıq olmayan 3 kəsik vasitəsilə həyata keçirilir. Kəsiklərə alətlər və monitorda əməliyyat gedişini nəzarətdə saxlamaq üçün optika yeridilir.

    Plastik cərrah keyfiyyətli, sorulmayan tikiş materialı ilə əzələləri bərkidir. Bütün manipulyasiyalar keçirildikdən sonra alətlər çıxarılır, sorulan material istifadə etməklə kəsiklər kosmetik tikişlə tikilir.
    Əməliyyat müddəti müdaxilənin mürəkkəbliyindən və əməliyyatın liposaksiya ilə birləşdirilməsindən asılı olaraq, 1 saatdan 2 saata qədər davam edir.

    Endoskopik abdominoplastika

    Reabilitasiya (bərpa) dövrü

    Əməliyyatın və reabilitasiya dövrünün gedişatında, bir qayda olaraq, ağırlaşmalar olmur. Pasiyent manipulyasiya aparıldıqdan 1 sutka sonra evə buraxılır. 1 ay ərzində kompressiyaedici sıxan geyim geyinilməlidir. Qızdırıcı prosedurlar (hamam, sauna və s.), solyariyə getmək və press kimi fiziki gərginlik qadağandır.


    Onlayn randevu al