Rinoplastika əməliyyatı barədə 5 mif

Rinoplastika əməliyyatı barədə 5 mif


Rinoplastika anadangəlmə və qazanılma burun qüsurlarını düzəltmək, burun formasını və ölçüsünü dəyişmək imkanı verən tələbatlı bir əməliyyatdır. Müdaxilə yardımı ilə estetik çatışmazlıqlar korreksiya olunur, funksional problemlər: tənəffüslə bağlı yaşanan problemlər aradan qaldırılır. 

İstənilən plastik əməliyyat kimi rinoplastikanın da əks göstərişləri vardır. Rinoplastika əməliyyatı barədə araşdırarkən pasiyentlər çoxlu miflə üzləşirlər. Bu məqaləmdə rinoplastika barədə yayılmış 5 mif barədə danışacağam.

rinoplastika əməliyyatı barədə 5 mif

Birinci mif: Rinoplastikadan sonra burun çox kövrəkləşir, hətta düşə də bilər.

Rinoplastika əməliyyatından sonra ilk bir neçə ay ərzində doğrudan da “yeni” buruna çox həssas və ehtiyatla yanaşmaq: zədə və əzilməkdən qorunmaq tövsiyə olunur. Bu məhdudiyyətlər müvəqqətidir və yalnız toxumaların bitişib sağaldığı dövrdə tələb olunur.

Zəruri qeyd: Rinoplastikadan sonra burun düşə bilməz, çünki toxumalar bir-biri ilə etibarlı şəkildə birləşdirilib. Reabilitasiya dövrü prosedurun xarakterindən, plastik əməliyyatın mürəkkəblik dərəcəsindən, pasiyentin fizioloji xüsusiyyətlərindən  və s. asılıdır. Bəzi hallarda tam bərpadan sonra sümük döyənəklərinin yaranması hesabına sümüklər daha artıq möhkəmlik əldə edir.

İkinci mif: Rinoplastika çox ağrılı əməliyyatdır.

Müdaxilə yalnız ümumi anesteziya altında aparılır, pasiyent bu zaman heç bir şey hiss etmir. Narkozdan çıxdıqdan sonra diskomfort, yaxud ağrı hissinin intensivliyi və uzunmüddətliliyi fərdidir. Bu, plastik əməliyyatın mürəkkəbliyindən, kəsiklərin xarakteri və sayından, burun toxumalarına olan manipulyasiyalardan asılıdır.

Bir qayda olaraq, rinoplastika sonrası xoşagəlməz hislər pasiyentlər tərəfindən tam dözülən kimi dəyərləndirilir və az – 2-3 gün çəkir. Əgər ağrı güclü diskomfort verirsə, ağrıkəsici preparatlar təyin edilir ki, bu da reabilitasiya dövrünü asanlaşdırır.

Üçüncü mif: Plastik cərrah pasiyentin “sifariş etdiyi” istənilən burunu düzəldir.

Plastik cərrah estetik və tibbi göstərişlərə görə pasiyentə bir neçə korreksiya variantı təklif edir. Lakin populyar kino ulduzunun profildən dəqiq nüsxəsini yaratmaq, yaxud istənilən diləyi gerçəkləşdirmək alınmaz. Plastik cərrah sümük və qığırdaq toxuması quruluşunun fərdi anatomik xüsusiyyətlərini dəyərləndirir. Bu amillər hər bir konkret halda burunun mümkün forma və ölçüsünü müəyyənləşdirir.

Burunun harmonik görünməsi mühümdür. Ona görə də korreksiya sxemi yaradılarkən üz xüsusiyyətləri və forması nəzərə alınır. Plastik cərrah pasiyentin istəklərini diqqətə alır və öncəki konsultasiyada hansı variantları gerçəkləşdirməyin mümkünlüyünü geniş və ətraflı şəkildə izah edir.

Dördüncü mif: Rinoplastikadan sonra izlər nəzərə çarpır.

Əməliyyat sonrası çapıqların sayı, lokalizasiyası və görünmə dərəcəsi rinoplastikanın mürəkkəbliyindən və xarakterindən asılıdır. Plastik burun əməliyyatında çox vaxt burun boşluğunda və burun deşiklərini ayıran dəri qatı bölgəsində kəsiklər icra edilir. Bu nahiyədə kiçik iz bir neçə aya qədər qala bilər, bir ildən sonra tamamilə görünməz olur.

Beşinci mif: Gözəllik qurban tələb edir, əməliyyatdan sonra tənəffüs problemləri yaranır.

Müdaxilə sonrası 3-4 gün ərzində çətin burun tənəffüsü normaldır. Belə müvəqqəti problemlər əməliyyat sonrası şişkinliklə əlaqədardır. Bəzi hallarda tənəffüs çətinləşməsini önləmək üçün pasiyentə bir neçə günlüyə xüsusi silikon borucuqlar qoyulur.

Bundan başqa, burun əməliyyatı məhz qeyri-mümkün və ya çətinləşmiş tənəffüsün bərpa edilməsi məqsədi ilə aparılır. Əgər problemlər şişkinlik keçdikdən sonra da qalırsa, bu, plastik əməliyyatın düzgün aparılmadığına və cərrah təcrübəsizliyinə dəlalət edir.


Onlayn randevu al

AZE_FLAG +994