Mündəricat
- Rinoplastika və alt blefaroplastika əməliyyatları
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Üst blefaroplastika əməliyyatından 7 ay sonrakı nəticə
- Dərin Plan Üz Gərmə əməliyyatından 1 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma və üst/alt blefaroplastika əməliyyatlarından 2 il sonrakı nəticə
- Alt və üst blefarolpastika əməliyyatlarından 1 ay sonrakı nəticə
- Plastik cərrahiyyə barədə 9 maraqlı fakt
- May ayının 4-ü və 5-i Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Estetik Tibb, Dermatologiya və Kosmetologiya üzrə Birinci Elmi-Praktik Beynəlxalq konqres keçirilib.
Ülviyyə Xəlilbəyli plastik əməliyyat etdirdi
Ülviyyə Xəlilbəyli plastik əməliyyat olundu
Gənc aktrisamız Ülviyyə Xəlilbəyli (Ulya Khalinbekova) plastik əməliyyat olunmaq üçün mərkəzimizə müraciət edib. Son aylar üz nahiyəsindən, xüsusilə də baxışlarından narazı olan və buna səbəbin yaş artımı olduğunu deyən məşhur artıq 4 ildir ki, məni – plastik-estetik cərrah Mübariz Məmmədlini izlədiyini, gördüyüm işləri diqqətlə nəzərdən keçirdiyini, digər plastik cərrahlarla müqayisə apardığını qeyd edib.Ulya xanımın əsas şikayəti baxışlarının yorğun görünməsi idi. O bildirib ki, qaşları ilə gözləri arasında olan məsafə azdır və yaş artıqca bu məsafə daha da azalaraq baxışlarına yorğunluq verir. Bütün bunlar da onun kompleks yaşamasına səbəb olur.
Ülviyyə Xəlilbəyliyə hansı əməliyyatlar icra olundu?
Öz işimin peşəkarı olaraq, mən – Mübariz Məmmədli gənc aktrisamız üçün aşağıdakı plastik əməliyyatları icra etdim:- Endoskopik alın gərmə
- Qaş qaldırma
- Endoskopik orta üz gərmə
- Bella Eyes
Ülviyyə Xəlilbəylinin əməliyyat nəticəsi
Ülviyyə xanım əməliyyatdan əvvəl həyəcanlı olsa da, öz doktoruna – mənə tam güvəndiyini qeyd etmişdi. Və nəticə də mükəmməl alındı! Lakin Ülviyyə xanımın öz orqanizmi ödemə meyilli olduğu üçün üzündə şişkinlik bir qədər çox oldu. Tam nəticəni görmək üçün 6 ay gözləmək lazım olacaq. Gənc məşhur bu barədə öz Instagram hesabında @khalinbekova belə yazıb:“Nəhayət açıqlama zamanı gəldi. Bu qədər gözləməyimin səbəbi isə üzümdəki şişkinliyin çoxluğu ilə əlaqədar idi. Təbii ki, hər kəsin orqanizmi eyni deyil. Mən ödemə meyilli olduğum üçün bədənim bu prosesi çətinliklə atlatdı. Gördüyünüz isə tam nəticə deyil. Bunun üçün ən az 6 ay gözləməliyəm. Seçimimdən isə razıyam. Zamanın məndən aldıqlarını doktorum sayəsində geri qazandım. Və bunun üçün çooox xoşbəxtəm. @drmubariz in professionallığı, savadı və insani keyfiyyətlərinin yüksək olmasını isə xüsusilə vurğulamaq istəyirəm. Son dərəcədə peşəkarlığına güvəndiyim üçün ətrafdan söylənilən heç bir fikir zərrə qədər də olsa umrumda deyil”.
