Mündəricat
Dünyaca məşhur televiziya ulduzu Azərbaycanda plastik əməliyyat etdirdi
Jessica Alves Azərbaycanda
İngiltərədə yaşayan braziliyalı sosial media fenomeni və influencer-aparıcı Jessica Alves plastik əməliyyat etdirmək üçün Azərbaycana gəlib. Son 20 il ərzində 90-dan artıq plastik əməliyyatdan çıxmış model bu dəfə mənə – plastik cərrah Mübariz Məmmədliyə müraciət edib.Jessica Alves niyə məhz məni seçdi?
Sözün düzü, Jessica Alves əməliyyat üçün mənə müraciət etdikdə xeyli təəccübləndim. Axı necə ola bilərdi ki, dünyaca məşhur bir model dünyadakı yüzlərlə plastik cərrahın içərisindən məhz məni seçsin? Əvvəlcə buna inanmağım gəlməmişdi.Jessica ilə danışdıqdan sonra məlum oldu ki, İngiltərədə yaşayan pasiyentlərimin bəziləri onunla həyatda tanış imişlər. Və beləliklə, həmin pasiyentlərin üzərində icra etdiyim plastik-estetik əməliyyatların müsbət nəticəsini görən məşhur ulduz məni izləməyə başlayır. 3 il davam edən bu izləmə müddətində Jessica mənim fəaliyyətimi ətraflı araşdırır, əl işlərimi – həyata keçirdiyim əməliyyatların nəticələrini bir-bir nəzərdən keçirir. Əslində, 3 il gözləməyə heç ehtiyac da yox imiş. Müddəti bu qədər uzadan səbəb koronavirusla bağlı bütün dünyada tətbiq edilən karantin rejimi olmuşdu.
Jessica Alves üzərində hansı əməliyyatları icra etdim?
Hər nə qədər bilikli və təcrübəli bir cərrah olsam da, Jessica Alves üzərində plastik əməliyyat icra etmək mənim üçün olduqca məsuliyyətli və həyəcanlı bir iş idi. Axı bu model son 20 il ərzində 90-dan çox plastik əməliyyatdan çıxmış, onlarla plastik cərrahın əl qabiliyyətinə bələd olmuşdu. Belə bir ulduzu razı salmaq, sözün əsl mənasında, hünər tələb edən iş idi. Lakin nəticə hər ikimizin – həm mənim, həm də pasiyentimin gözlədiyindən də gözəl, uğurlu və mükəmməl alındı.Jessica Alvesin müraciəti və istəyi əsasında ona aşağıdakı plastik əməliyyatları icra etdim:
- bodytite ilə bədən şəkilləndirmə;
- liposaksiya;
- Bella Eyes;
- endoskopik orta üz gərmə.

Jessica Alves daha plastik əməliyyat etdirməyəcək...
Dünyaca məşhur model Jessica Alves onun üçün etdiyim plastik əməliyyatlardan çox razı qaldı və dailymail.co.uk xəbər portalına verdiyi müsahibəsində belə dedi:
“Çox güclü və qərarlıyam, məni xoşbəxt edə biləcək hər nə lazımdırsa, edərəm. Mənim üçün səhər qalxıb güzgüyə baxmaq və dünyanın dörd bir tərəfindəki uzaqgörən və yenilikçi cərrahların yardımıyla çevrildiyim bu qadını görməkdən daha gözəl bir hiss yoxdur”.
Bundan başqa, model gələn həftə 39 yaşının tamam olacağını, bu plastik əməliyyatları öz ad gününə hədiyyə etdiyini və Dr. Mübarizin həyata keçirdiyi innovativ prosedur sayəsində üzünün bundan sonra ən azı 15 il cavan və təravətli qalacağını qeyd edib. Sonradan bunu da əlavə edib ki, bir müddətdən sonra burun əməliyyatı etdirmək fikrindədir və ondan sonra heç vaxt plastik əməliyyat etdirməyəcək.
Bağla
Bizi sosial mediada izləyin