Mündəricat
Popo böyütmə üçün 6 üsul
Artıq havalar get-gedə isinir, yayın gəlişi hər aldığımız nəfəsdə hiss olunur, çimərlik mövsümü yaxınlaşır. Bununla əlaqədar olaraq, nisbətən açıq-saçıq olan geyimlər yenidən gündəmə gəlir. Cazibədar bədən quruluşuna sahib olmaq və öz çəkiciliyi ilə hamını məftun etmək bir çox qadının arzusudur. Məlum olduğu kimi, qadın cazibəsində popo amili önəmli rol oynayır və bir sıra xanımlar popo böyütmə, popo dikləşdirmə və s. barədə internet üzərindən araşdırmalar edirlər.Mən də bunu nəzərə alaraq, bu məqalədə xanım pasiyentləri maraqlandıran arxa böyütmə nədir, necə olur, yan boyutmek ucun ne etmeli və s. suallara cavab vermiş və omba boyutmek metodlarına aydınlıq gətirərək ən çox istifadə olunan 6 üsul barədə ətraflı məlumat verməyə çalışmışam.
Popo böyütmək üçün qidalar
Arxa böyütmək üçün qidalanma sağlam və balanslı olmalıdır. Onun əsasını zülal təşkil edir. Çünki məhz bu üzvi maddə əzələlər üçün inşaat materialıdır. Faydalı zülal qaynaqlarına aşağıdakılar aiddir:- yumurta (yaxşı olar ki, bişmiş şəkildə olsun);
- mal və ya dana əti;
- dərisiz quş filesi (döş əti);
- yağsız balıq;
- ağartı məhsulları;
- bütün növ paxlalılar.
Arxa boyutmek ucun idman
Arxa boyuden idman və ya sadəcə popa idmani kimi tanınan məşq hərəkətləri həcmli, dairəvi popo əldə etmək üçün təbii, amma ləng üsuldur. Ən çox istifadə edilən məşq tapşırıqları aşağıdakılardır:- Qantel və ya ştanqla çöməlmə və irəli əyilmələr;
- Trenajorda müxtəlif ayaq qatlama variantları;
- Pilləkəndə qaçışı imitasiya edən skamyaya dırmaşma.

Popo böyüdən aparat
Popo boyuden aparat deyildikdə daha çox vakuum aparatı nəzərdə tutulur. Vakuum: toksinlərin çıxmasını stimullaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır və dəri vəziyyətinin yaxşılaşmasına səbəb olur. Artıq çoxdandır ki, kosmetologiyada vakuum masajını sellülitlə mübarizə metodu kimi tətbiq edirlər.Rahat sorucu hissə vakuum imkanlarını genişləndirir. Onun köməyi ilə poponun, hətta sinənin də böyüməsinə inananlar var. Amma bu nə dərəcədə effektivdir, mübahisəli məsələdir.

Popo böyüdücü krem, sprey və gellər
Popo boyuden kremler hal-hazırda çox məşhur olsa da, effektiv olub-olmadığı mübahisəlidir. Arxa böyüdən krem və sprey bütün mənalarda: həm təsiretmə, həm də nəticə baxımından demək olar ki, eyni şeydir. Onlar arasındakı yeganə fərq istifadə qaydasıdır. Qadınlar daha çox spreyə üstünlük verirlər. Çünki onu dəri səthinə tətbiq etmək daha rahatdır. Həm də bu zaman kremdəkindən daha az yan təsirlər müşahidə olunur.Yan boyuden krem ilə müqayisədə popa elastikliyi üçün gel o qədər də populyar deyil. Bu, onun popaya çəkmək üçün elə də rahat olmaması ilə izah olunur. Yapışqan tərkibli olduğu üçün gec quruyur və çox da təmiz olmayan dəri hissiyyatı yaradır. Bu cür vasitələr gündə iki dəfə tətbiq edildiyi üçün səhər istifadəsi bütün gün ərzində böyük diskomfort yaradır.

Yağ inyeksiyası ilə popo böyütmə
Yağ inyeksiyası ilə omba böyütmək (lipofilinq) – öz effektivliyinə görə plastik əməliyyatla müqayisə edilən nisbətən yeni yüksək effektli popo boyutme metodikasıdır. Prosedur bədənin hədəf nahiyəsinə qarın və budlarda yerləşmiş piy “artıqları” hesabına əlavə həcm formalaşdırılmasını nəzərdə tutur. Lipofiling təkcə popo ölçülərini böyütməyə deyil, həm də onların formasını korreksiya etməyə imkan verir. Özü də bu zaman onun aparılması üçün ümumi narkoz tələb olunmur. Və bütün bunlar orqanizmin öz resursları hesabına baş verir ki, bu da mümkün yan təsirlər və ağırlaşmaları minimuma endirir. Qeyd edim ki, bu üsul popo əməliyyatı ilə birlikdə icra edildikdə daha yaxşı nəticə verir və hibrid popoplastika adlanır.
Popo şəkilləndirmə əməliyyatı və popo implantı
Statistikaya görə, əməliyyatsız üsulları sınamış 60% qadınlar tam razı qalmır və yenə də plastik cərrahın qəbuluna gəlirlər. İmplant yardımı ilə popa forması və həcminin plastik korreksiyası qluteoplastika adlanır və tam zəmanətli, daimi nəticə verir.Müasir implantlar qadının istəkləri, individual fiqura, çəki və boyuna görə seçilir. Onlar kifayət qədər möhkəmliyi ilə fərqlənir və zədələnmə riski olmadan ciddi ağırlığa dayanmaq qabiliyyətinə sahibdir.
Popa cildinin (səthinin) hazırlandığı silikon zərərli maddələr buraxmır, onu əhatə edən toxuma və mayelərlə əlaqəyə girmir, ona görə sağlamlıq üçün tam təhlükəsizdir.
Mən plastik cərrah Mübariz Məmmədli Azərbaycanda, Bakıda popo şəkilləndirmə əməliyyatını, həmçinin digər estetik-plastik əməliyyatları peşəkar səviyyədə icra edirəm.
Bağla
Bizi sosial mediada izləyin