Mündəricat
- Rinoplastika və alt blefaroplastika əməliyyatları
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Üst blefaroplastika əməliyyatından 7 ay sonrakı nəticə
- Dərin Plan Üz Gərmə əməliyyatından 1 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma və üst/alt blefaroplastika əməliyyatlarından 2 il sonrakı nəticə
- Alt və üst blefarolpastika əməliyyatlarından 1 ay sonrakı nəticə
- Plastik cərrahiyyə barədə 9 maraqlı fakt
- May ayının 4-ü və 5-i Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Estetik Tibb, Dermatologiya və Kosmetologiya üzrə Birinci Elmi-Praktik Beynəlxalq konqres keçirilib.

Estetik təbabətdə radiotezlikli texnologiyaların tətbiqi ötən əsrin 90-cı illərindən başladı va bu metodika səmərəli va təhlükəsiz olduğunu sübut etdi. Radiotezlikli texnologiyaların işləmə prinsipi radiotezlik diapazonlu yüksək tezlikli dəyişkən elektrik cərəyanının ( RF-radiofrekans ) köməyi ilə toxumaların nəzarətli isinməsinə əsaslanır. Metod adını elə bu prinsipdən götürmüşdür.
Yaxın dövrlərdə RF-təsirin alternativ növü meydana çıxdı. Bu, fraksiyalı, mikroiynəli RF texnologiyasıdır. Klassik RF qurğulardakı kimi elektrodların səthi yerləşməsindən fərqli olaraq, fraksiyalı RF-nin iynəli elektrodları - manipulalar birbaşa dəriyə yeridilir. Beləliklə da buynuz qişa ilə əlaqədar məhdudiyyəti aradan qaldırmaq, yanıqların yarana biləcəyindən ehtiyat etməyərək, dərin toxumaları daha intensiv şəkilde isitmək mümkün oldu. Nəticə olaraq, əgər qeyri-invaziv təsir zamanı hərarət 43-45°C təşkil edirsə, iynəli elektrodlarla təmasda olan derma strukturlarının hərarati 60-80°C ( koaqulyasiya ) olur. İntensiv isinmə nə qədər çoxdursa, dermanın yenidən modelləşməsi şəklində cavab reaksiyası da bir o qədər yüksəkdir. Bu zaman istilik toxumaətrafı sahələrə də ( həmçinin daha dərinə ) yayılır.
İNMODE Aesthetic Solution şirkəti ( İsrail ) RF istiqamətində inovator olmaqda davam edir va Morpheus 8 adlı son nəsil fraksiyalı iynəli RF başlıq istehsal etmişdir.
- Morpheus 8 subdermal səviyyədə işləyən, proqramidarəetmə fraksiyalı RF texnologiyadır.
- FDA tərəfindən təsdiq edilən bütün fraksiyalı texnologiyalar arasında daha dərin təsirə malikdir.
- 24 ədəd polimer örtüklü ( distal başlıqdan başqa ) iki iynə.
- Hər iynə qayıdan elektrodla əhatə olunub. Bu isə iş aparılan nahiyədə bərabər isinməni təmin edir.
- İynələrin nüfuz etməsi va radiotezlikli enerjinin ötürülməsi arasında avtomatik sinxronlaşma.
- Dövri - hər RF impuls zamanı iynələr çıxır və çəkilir.
- Fiksasiya edilmiş - iynələr daim çıxır, RF impulslar isə müəyyən təkrar tezliklə bir yerə ötürülür.
- Aplikatordakı işıq-diod indikatoru nüfuzetmənin dərinliyini gösterir.
- Gigiyena məqsədi ilə birdəfəlik, steril ucluqlar.
- Epidermisdə görünən zədələnmələr yoxdur ( örtüklü iynələr ).
- Lazım gəldikdə, piy toxumasının koaqulyasiyasının aparılması.
- Birləşdirici toxumanın yığılması.
- Makro va mikro relyefinkorreksiyası üçün dərinin subnekrotik isinməsi.
- Prosedur yerli anesteziya altında kurs şəklində aparılır.