BodyTite liposaksiya Bakıda



Body Tite” toxuma dartılması ilə eyni zamanda radiotezlikli liposaksiyanı həyata keçirən innovasiyalı texnologiyadır. İki elektrodlu xüsusi başlıq sayəsində kompleks təsiri təmin edir. Bu başlıqlardan biri dəri altına yeridilir, digəri isə səthdə qalır. Proses zamanı bir tərəfdən piy toxumaları dağılır, digər tərəfdən isə dərinin yığılması baş verir. Bu da liftinq effektini yaradır. “Body Tite” liposaksiyasının üstünlüyü ondadır ki, cəmi bir prosedurla radiodalğalı enerji bədənin istənilən sahəsində piy toxumalarını tam əridir və eyni zamanda dərinin dartılmasını təmin edir. Bütün bunlar əməliyyat müdaxiləsinin nəzərə çarpan izləri olmadan baş verir.








  “Body Tite” yüksək təhlükəsizliyi və az travmatikliyi ilə fərqlənir. Məhz buna görə prosedurdan sonrakı reabilitasiya müddəti cəmi bir neçə gün təşkil edir. Bu texnologiyanın istifadəsi ilə piy yığınlarının aradan qaldırılması zamanı güclü qanaxma və fəsad yaranma riski aşağı düşür. “Body Tİte” radiotezlikli liposaksiyası cəmi bir seansa 6-8 litr piy toxumasını yox etməyə imkan verir. Nəticə dərhal nəzərə çarpır və uzun illər qalır.



























Onlayn randevu al

AZE_FLAG +994