Mündəricat
- Rinoplastika və alt blefaroplastika əməliyyatları
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Üst blefaroplastika əməliyyatından 7 ay sonrakı nəticə
- Dərin Plan Üz Gərmə əməliyyatından 1 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma və üst/alt blefaroplastika əməliyyatlarından 2 il sonrakı nəticə
- Alt və üst blefarolpastika əməliyyatlarından 1 ay sonrakı nəticə
- Plastik cərrahiyyə barədə 9 maraqlı fakt
- May ayının 4-ü və 5-i Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Estetik Tibb, Dermatologiya və Kosmetologiya üzrə Birinci Elmi-Praktik Beynəlxalq konqres keçirilib.

Üz gərmə əməliyyatı və ola biləcək ağırlaşmalar
Üz gərmə (üz cavanlaşması) əməliyyatları üz və boyundakı bəzi yaşlanmaya bağlı əlamətləri düzəltmək üçün edilən cərrahi müdaxilələrdir. Yaş artdıqca üzün dərisində və əzələlərində boşalma, elastiklik itkisi başlayır. Bu əməliyyatlar qocalmanı dayandıran əməliyyatlar olmasa da, dərinin və dərinin altındakı daha dərin toxumaların bərpası və gərilməsi ilə üzə daha gənc bir görünüş verən əməliyyatlardır. Üzgərmə əməliyyatı tək başına və ya qaşın qaldırılması, vakum liposaksiyası, göz qapağı əməliyyatı və burun əməliyyatı ilə birlikdə edilə bilər. Ən ideal üz qaldırma əməliyyatları üz və boyundakı boşalmanın başlandığı, ancaq dəri elastikliyinin və sümük quruluşlarının yerındə olan nahiyələrdir. Üzgərmə əməliyyatları, hər bir şəxs üçün bir qiymətləndirmə nəticəsində planlaşdırılması lazım olan detalları əhatə edir. Üzgərmə əməliyyatı hər bir pasiyent üçün indivudaldır. Üzgərmə əməliyyatı üçün ən yaxşı namizədlər üz və boyun sallanması olan, lakin dəri elastikliyi və sümük quruluşu yaxşı olan xəstələrdir.
Xəstənin keçmişində əhəmiyyətli xəstəlikləri varsa və davamlı istifadə etdiyi dərmanlar varsa həkimə mütləq məlumat verilməlidir.
Alternativ müalicə:
Alternativ müalicələr, üz və boyundaki sallanmanı üzgərmə əməliyyatı olmadan edilən müdaxilələrdir. Dəridəki boşluq, dəri qırışları və artıq yağ toxumaları kimyəvi aşınma və liposaksiya kimi cərrahi və ya cərrahi olmayan üsullarla müalicə edilə bilər.
Üzgərmə əməliyyatının riskləri:
Hər bir cərrahi prosedur müəyyən dərəcədə risk tələb edir. Üzgərmə əməliyyatının risklərini anlamaq vacibdir.
Bir insanın cərrahi yol seçimi risklərin və əməliyyatdan sonrakı dəyişiminin müqayisəsinə əsaslanır. Baxmayaraq ki, xəstələrin əksəriyyəti aşağıda bəhs edəcəyimiz ağırlaşmalarla qarşılaşmasalarda plastik cərrahınızla müzakirə edin; risklər, potensial ağırlaşmaları (fəsadlarını) və nəticələrini tam başa düşmək vacibdir.
Qanama:
Nadir hallarda olsa da, əməliyyat zamanı və ya sonrasında qanaxma problemi ilə qarşılaşıla bilər. Əməliyyatdan sonra qanaxma baş verərsə, təcili drenaj müalicəsi və ya qan köçürülməsi tələb oluna bilər. Əməliyyatdan on gün sonra qanaxma riskini artırdıqları üçün aspirin və ya anti inflamatuar dərmanlar əvvəlcədən dayandırılmalıdır Tibbi konturolda olmayan təzyiq əməliyyat zamanı və ya sonrasında qanaxmaya səbəb ola bilər D ərinin altından qanaxma sağalmanı gecikdirə və ya pis yara izlərinə səbəb ola bilər.
İnfeksiya:
Bu əməliyyatdan sonra çox hallarda infeksiya gözlənilmir. Nadir hallarda infeksiya inkişaf edərsə əlavə antibiotik müalicəsi və ya cərrahi müdaxilə tələb oluna bilər.
Pis yara izləri(scar):
Cərrahi müdaxilədən sonra yaxşı bir yara sağalması gözlənilsə də, dəridə və daha dərin toxumalarda anormal çapıq meydana gələ bilər. Bu yara izləri ətrafdakı dəridən fərqlidir və xoş görünməyə bilər. Tikişlərin görünən izlər buraxma ehtimalı var. Əlavə müalicə tələb oluna bilər.
Daha dərin toxumaların zədələnməsi:
Əməliyyatdan sonra damarlar, əzələlər və sinirlər kimi daha dərin toxumalar zədələnə bilər. Bunun görülmə şansı üzgərmə əməliyyatının növündən asılı olaraq dəyişə bilər. Bu zədələnmələr müvəqqəti və ya qalıcı ola bilər.
Asimmetriya:
Normal insan üzü asimmetrikdir. Üzgərmə əməliyyatı nəticəsində iki tərəf arasında dəyişiklik ola bilər.
Cərrahi anesteziya:
Həm lokal, həm də ümumi anesteziya risk daşıyır. Hər hansı bir cərrahi anesteziya və ya sedasyon növü komplikasyon, zədələnmə və hətta ölüm riski daşıyır.
Sinir zədələnməsi:
Üzgərmə əməliyyatı zamanı motor və duyğu sinirləri zədələnə bilər. Üzgərmə əməliyyatından sonra zəiflik və ya üz hərəkətlərinin itməsi ola bilər. Sinir zədələnməsi üz hərəkətlərinin və hissiyyatının müvəqqəti və ya qalıcı itkisinə səbəb ola bilər. Bu növ zərər zamanla sağala bilər. Üz, boyun və qulaq nahiyəsinin hissedici sinirlərinin zədələnməsi müvəqqəti və ya qalıcı bir uyuşmaya səbəb ola bilər. Ağrılı sinir çox nadirdir.
Xroniki ağrı:
Üzgərmə əməliyyatından sonra xroniki ağrı çox nadir bir komplikasiyadır.
Dəri nahamarlıqları, dəri xərçəngi:
Üzgərmə əməliyyatı dərini və daha dərin strukturları dartmaq üçün cərrahi əməliyyatdır. Dəri pozğunluqları və dəri xərçəngi üzgərmə əməliyyatından asılı olmayaraq inkişaf edə bilər.
Qeyri-qənaətbəxş nəticələr:
Üzgərmə əməliyyatının yaxşı nəticə verməməsi ehtimalı var. Bu, qəbuledilməz görünən deformasiyalar, üz hərəkətlərinin itməsi, yaranın pisləşməsi (çatlama, bölünmə) və həssaslıq itkisi kimi risklər daşıyır. Əməliyyatın nəticəsi sizi məyus edə bilər. Nadir hallarda daha yaxşı nəticələr əldə etmək üçün əlavə əməliyyat tələb oluna bilər.
Allergik reaksiyalar:
Nadir hallarda istifadə olunan plastra, tikiş materiallarına və ya topikal dərmanlara yerli allergiyanın bildirildiyi çox nadir hallarda vardır. Əməliyyat zamanı və ya sonrasında istifadə olunan dərmanlarla daha ciddi sistemik reaksiyalar baş verə bilər. Allergik reaksiyalar əlavə müalicə tələb edə bilər.
Saç tökülməsi:
Əməliyyat zamanı dərinin yuxarı qaldırıldığı yerlərdə saç tökülməsi ola bilər. Bunun olup olmayacağı əvvəlcədən bilinməz.
Sağalmanın gecikməsi:
Yaranın ayrılması və ya sagalmanın gecikməsi mümkündür. Üzdəki bəzi nahiyələr normal sağalmaya bilər veya sağalma gecikə bilər. Bəzi dəri bölgələrində nekroz ola bilər.
Siqaret çəkənlərdə dəri tökülməsi və ya yaranın gec sağalması kimi ağırlaşma riskləri daha yüksəkdir.
Uzunmüddətli təsirlər:
Yaşlanma, kilo alma və ya azalma, günəşə məruz qalma və bəzi digər şərtlər nəticəsində üzdə sonrakı dəyişikliklər ola bilər. Üzgərmə əməliyyatı yaşlanmanı dayandırmır, üzü və boyunu daim dartmır. Üzgərmə əməliyyatının nəticələrini qorumaq üçün gələcəkdə yeni əməliyyatlar və müalicələr tələb oluna bilər.
bunun üçün həkiminizlə əməliyat öncəsi bu sualları mütləq verin.
#facelift #smasfacelift #facedoctor #drmubarizfaces #uzgerme #uzdartma #uzveboyungerme #facialfillers #подтяжкалица #facialrejuvination #üzgərmə #Smasüzgərmə #ortaüzgərmə #ortauzgerme #midfacelift #drmubarizmidfacelift #uzestetik #deepplanefacelift #dərinplanüzgərmə
#doktorface #facedoctor #facedoktor #browlift #drmubarizbrow#drmubarizfaces #facialmakeover
#endoskopikqaşqaldırma #endoskopikkaskaldırma
#endoskopikkaşkaldırma #endoscopicmidfacelift #kaşkaldırma#endoscopicbrowliftlondon #qaşqaldırma #ponytaillift #эндоскопическаяподтяжкабровей #endoscopicplasticsurgery#endoscopİcbrowlİft
#подтяжкабровей #qasgerme #cateye #brauenlift #brauenlifting #endobrowlift #drmubariz #drmubarizbrowlift #endoscopİcmİdfacelİft #бютификациялица #endoskopikyüzgerme #endoskopikortayüzgerme #qaşqaldırmaəməliyyatı #эндоскопическаяподтяжка #Bellaeyes #qasqaldirmaemeliyyati