Morpheus 8

Estetik təbabətdə radiotezlikli texnologiyaların tətbiqi ötən əsrin 90-cı illərindən başladı va bu metodika səmərəli va təhlükəsiz olduğunu sübut etdi. Radiotezlikli texnologiyaların işləmə prinsipi radiotezlik diapazonlu yüksək tezlikli dəyişkən elektrik cərəyanının ( RF-radiofrekans ) köməyi ilə toxumaların nəzarətli isinməsinə əsaslanır. Metod adını elə bu prinsipdən götürmüşdür.

Yaxın dövrlərdə RF-təsirin alternativ növü meydana çıxdı. Bu, fraksiyalı, mikroiynəli RF texnologiyasıdır. Klassik RF qurğulardakı kimi elektrodların səthi yerləşməsindən fərqli olaraq, fraksiyalı RF-nin iynəli elektrodları - manipulalar birbaşa dəriyə yeridilir. Beləliklə da buynuz qişa ilə əlaqədar məhdudiyyəti aradan qaldırmaq, yanıqların yarana biləcəyindən ehtiyat etməyərək, dərin toxumaları daha intensiv şəkilde isitmək mümkün oldu. Nəticə olaraq, əgər qeyri-invaziv təsir zamanı hərarət 43-45°C təşkil edirsə, iynəli elektrodlarla təmasda olan derma strukturlarının hərarati 60-80°C ( koaqulyasiya ) olur. İntensiv isinmə nə qədər çoxdursa, dermanın yenidən modelləşməsi şəklində cavab reaksiyası da bir o qədər yüksəkdir. Bu zaman istilik toxumaətrafı sahələrə də ( həmçinin daha dərinə ) yayılır.

İNMODE Aesthetic Solution şirkəti ( İsrail ) RF istiqamətində inovator olmaqda davam edir va Morpheus 8 adlı son nəsil fraksiyalı iynəli RF başlıq istehsal etmişdir.

  • Morpheus 8 subdermal səviyyədə işləyən, proqramidarəetmə fraksiyalı RF texnologiyadır.
  • FDA tərəfindən təsdiq edilən bütün fraksiyalı texnologiyalar arasında daha dərin təsirə malikdir.
  • 24 ədəd polimer örtüklü ( distal başlıqdan başqa ) iki iynə.
  • Hər iynə qayıdan elektrodla əhatə olunub. Bu isə iş aparılan nahiyədə bərabər isinməni təmin edir.
  • İynələrin nüfuz etməsi va radiotezlikli enerjinin ötürülməsi arasında avtomatik sinxronlaşma.
  • Dövri - hər RF impuls zamanı iynələr çıxır və çəkilir.
  • Fiksasiya edilmiş - iynələr daim çıxır, RF impulslar isə müəyyən təkrar tezliklə bir yerə ötürülür.
  • Aplikatordakı işıq-diod indikatoru nüfuzetmənin dərinliyini gösterir.
  • Gigiyena məqsədi ilə birdəfəlik, steril ucluqlar.
  • Epidermisdə görünən zədələnmələr yoxdur ( örtüklü iynələr ).
  • Lazım gəldikdə, piy toxumasının koaqulyasiyasının aparılması.
  • Birləşdirici toxumanın yığılması.
  • Makro va mikro relyefinkorreksiyası üçün dərinin subnekrotik isinməsi.
  • Prosedur yerli anesteziya altında kurs şəklində aparılır.

Onlayn randevu al