Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Açıq rinoplastika
Açıq və qapalı rinoplastika
Aciq ve qapali rinoplastika nedir? Bakıda açıq rinoplastika əməliyyatı qiyməti digərlərindən ucuzdurmu? Bütün bu suallar xanımları düşündürür. Plastik əməliyyata hazırlaşarkən pasiyentlər özlərinə belə sual verirlər: “Görəsən hansı daha yaxşıdır? Açıq, yoxsa qapalı rinoplastika? Əslində bu sualın dəqiq cavabı yoxdur. İki üsul arasında, əlbəttə ki, əsaslı fərqlər var. Amma bunların hər ikisi eyni dərəcədə tələb olunur. Pasiyent üçün əməliyyat metodunun seçimi fərdi olaraq müəyyən edilir və bir çox amillərdən asılıdır. Bu amillərdən bəzilərinə nəzər salaq:Burun qüsurlarının xarakteri. Böyük müdaxilə planlaşdırılırsa və ya implantların quraşdırılması, korreksiya üçün burun sümüklərinin kəsilməsi tələb olunursa, cərrahi sahənin daha geniş vizuallaşdırılmasını və hətta kiçik struktur elementlərinin görünməsini nəzərdə tutan açıq rinoplastikadan istifadə etmək daha yaxşıdır.
Cərrahın təcrübəsi. Qapalı müdaxilə hər mütəxəssis üçün deyil. Bunun üçün cərrahdan rinoplastika əməliyyatı üzrə geniş təcrübə, anatomik daxili strukturlar haqqında qüsursuz bilik tələb olunur.
Öncəki əməliyyatın xüsusiyyətləri. Təkrar əməliyyat adətən açıq rinoplastika ilə həyata keçirilir. Çünki həkimin əvvəlki müdaxilənin bütün nüanslarını görməsi son dərəcə vacibdir.
Açıq rinoplastika və ya açıq burun əməliyyatı necə aparılır?
Əməliyyat prosesinin tam vizuallaşdırılması təmin edilir. Plastik cərrah burunun bütün strukturlarını ətraflı şəkildə görə və yoxlaya bilir. Korreksiya zamanı cərrah kolumella (burun dəlikləri arasındakı dərinin sahəsi) əsasında kəsik edir. Sonra kolumelladan hər burun dəliyinin içərisinə qədər kiçik kəsik icra olunur.
Açıq rinoplastikada plastik cerrah xüsusi cərrahi qayçı ilə kolumella nahiyəsindəki dərini burunun qığırdaqlı çərçivəsindən ayıraraq diqqətlə kəsir. Bu zaman onun üçün bütün anatomik komponentləri ətraflı araşdırmaq, qığırdaq və sümük hissələrinin strukturlarının vəziyyətini qiymətləndirmək və onlara lazımi forma vermək imkanı yaranır. Beləliklə, o, qığırdaq və sümük hissələrini çıxarıb hərəkət etdirə, xüsusi burun implantları quraşdıra və s. edə bilər.
Plastik cərrahiyyə sonunda cərrah kəsik sahəsinə nazik tikiş materialı tətbiq edir. Burun keçidlərinə tamponlar yerləşdirilir. Ertəsi gün bunlar çıxarılır. Sərt gips sarğı tətbiq olunur. 10-11 gün ərzində həkim onu da sökür.
Aydın oldu ki, aciq burun emeliyyati sonrası kəsiyin yeganə və müvəqqəti görünən hissəsi kolumella zonasıdır. O da bir neçə aydan sonra görünməz olur.

Göstərişlər
Açıq rinoplastika açıq burun estetik əməliyyatı sayılır. Onun üçün göstərişlər digər rinoplastika növləri ilə eynidir:
- burun kürəyinin dik, enli və ya yastı olması;
- asimmetriya;
- donqarlıq və çökəklər;
- yuvarlaq, sallaq və ya çox dik burun ucu.
Əks göstərişlər
- pasiyentin yaşının 18-dən az olması (istisnalar mövcuddur, yaralanma zamanı rinoplastika daha erkən yaşlarda edilə bilər) ;
- iltihablaşmış KBB xəstəlikləri;
- aktiv fazalı herpes;
- dekompensasiya olunmuş şəkərli diabet;
- qan laxtalanma pozuntuları;
- menstruasiya;
- ürək-damar sistemi xəstəlikləri, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı;
- qaraciyər və böyrək xəstəlikləri;
- planlaşdırılan cərrahi müdaxilə nahiyəsində follikulit;
- kəskin viral xəstəliklər;
- onkoloji xəstəliklər.
Reabilitasiya (bərpa) dövrü
Açıq rinoplastikadan sonra ilk 1-2 günü xəstəxanada qalmaq şərtdir. İlk nəticəni gipsi çıxardıqdan sonra qiymətləndirə bilərsiniz. Lakin burun hələ də şişmiş görünəcək. Əməliyyatdan 1,5 ay sonra nəticə daha aydın seziləcək. Ən azı iki ay idmandan imtina etmək vacibdir. Plastik cerrahiyye sonrası burun diqqətli müalicə və hətta minimal zədələrin tam istisna edilməsini tələb edir. Reabilitasiya dövründə aşağıdakılardan çəkinmək mütləqdir:
- Qaçmaq və digər ağır fiziki fəaliyyətlə məşğul olmaq.
- Üzmək.
- Həddindən artıq çeynəmək.
- Gülmək və ya digər hərəkətli mimikalar.
- Eynək taxmaq.
- Sərt diş fırçalamaq.
- Sauna və buxar hamamından istifadə etmək.