Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
BEL GƏRMƏ ƏMƏLİYYATI
Bel bölgəsində istənməyən qalınlaşmanın qadınlar üçün qorxulu bir yuxu olduğunu söyləsək, yanılmarıq. Bütün estetik əməliyyatlar kimi bel gərmə əməliyyatı da əsasən insanın arzu etdiyi bədən görünüşünə qovuşması üçün edilir. Həddindən artıq çəki öz bədənindən utanmağa qədər müxtəlif psixoloji problemlərə yol açır.
Bu səbəbdən əməliyyatdan sonra insanlar özlərini daha yaxşı hiss edir və demək olar ki, özgüvən hislərini təzələyirlər.
Bel gərmə, yaxud torsoplastika – cərrahi prosedur olub, beldəki artıq piy qatlarını, qırışmış və sallaq dərini ləğv edir və nəticədə də bel daha şax və gözəl görünür.
Bel gərmə tipləri büstqalter xətti boyunca bel gərilməsini və şaquli bel gərilməsini ehtiva edir. Pasiyentin tələbinə və şəxsən nəyə üstünluk verməsinə əsaslanaraq, plastik cərrahınız ən uyğun olan əməliyyat üsulunu müəyyənləşdirir.
Bel gərmənin üstünlükləri
Bel gərmə əməliyyatı həm kişilər, həm də qadınlar üçün populyar əməliyyatdır, özəlliklə də xeyli çəki itkisindən sonra. Şübhəsiz ki, əməliyyatdan əldə olunan üstünlüklər sadəcə valehedicidir.
Üstünlüklərə daxildir:
• Beldəki dəri artıqlarının və arzuolunmaz piylərin götürülməsi;
• Bel cizgilərini (xətlərini) üzə çıxarmaq və sallanmış dərini bərpa etmək;
• Bel konturlarını yaxşılaşdırıb, ona daha şax görkəm vermək;
• Xeyli çəki itkisindən sonra belin ilkin formasını bərpa etmək.
Bel gərmə əməliyyatına hazırlıq
Pasiyent əvvəlcə təcrübəli plastik cərrahla görüşməlidir. Plastik cərrah gözlənti və gələcək nəticələri müzakirə edir, əməliyyat barədə pasiyenti təlimatlandırır.
Qısası, belgərmə hazırlığına daxildir:
• Pasiyentin xəstəlik tarixçəsinə və qəbul etdiyi dərmanlara ümumi baxış;
• Ağırlaşmalardan yan keçmək üçün ən azı əməliyyatdan 1 ay öncədən siqaret çəkməkdən imtina;
• Müəyyən dərmanlar və qida əlavələrinin qəbulunun dayandırılması;
• Ən uyğun bel gərmə tipinin seçilməsi.
Bel gərmə əməliyyatının mərhələləri
Bel gərmə əməliyyatı mərhələlərinə daxildir:1. Anesteziya
2. Kəsiklərin icrası
3. Kəsiklərin tikilməsi
Reabilitasiya (bərpa) dövrü
Bərpa dövründə şişkinlik və ağrılar ola bilər, amma onları dərmanla idarə etmək mümkündür. Bərpa olunmaq üçün 1-2 həftə işdən istirahət etmək və fiziki çalışmalardan, ağır əşyalar qaldırmaqdan ilk 4-6 həftə ərzində çəkinmək lazımdır.
Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə bel gərmə və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.
