Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
SİNƏ İMPLANTLARINI ZAMANLA DƏYİŞMƏK LAZIMDIRMI?
Müasir implant modellərinin ömürlük zəmanəti olduğu üçün hətta çox uzun istifadədən sonra belə onları dəyişmək tələb edilmir. Təkrar plastika zərurəti əsasən köhnə implantların daha yenisi ilə, ya da digər ölçüdə modellə (pasiyentin istəyinə görə) dəyişdirilməsinə bağlı ola bilər.
Həm də köhnə nəsil implant halında daha bir sıra amillər, məsələn, yaş dəyişiklikləri, yaxud südvermə diqqətə alınmalıdır. Mammoplastika sonrası sinə implantları nə vaxt dəyişilməlidir və əgər lazımdırsa, onların dəyişilməsindən niyə imtina edilməməlidir, – bu məqalədə ətraflı danışacağam.
Süd vəzi implantları niyə dəyişilməlidir?
Təkrar əməliyyat yalnız köhnə implantların dəyişilməsi, sinə ölçüsünün dəyişməsi, yaxud endoprotez yırtıldıqda aparılır. Çox vaxt köhnə sinə implantı dəyişilməsi 10 ildən sonra lazım olur.
Endoprotezlərin bir neçə köhnəlmə səbəbi vardır:
• İmplant təbəqəsini nazikləşdirən daxili dolğunun təsiri;
• Kapsul qalınlığının azalması;
• Orqanizmin immun toxumalarının materiala təsiri;
• İmplant keyfiyyətinin aşağı olması.
Müasir süd vəzi endoprotezləri maksimum uzunmüddətli istifadə müddəti və orqanizm üçün yüksək təhlükəsizlik səviyyəsi ilə seçilir.
İmplantın ömrü nə qədərdir?
Bəzi pasiyentlər köhnə materiallardan olan sinə implantlarının vaxtında dəyişilməsindın imtina edərək şüurlu şəkildə riskə gedirlər. Lakin bu, ciddi yan təsirlərə gətirib çıxara və təcili cərrahi müdaxilə tələb oluna bilər. Müasir implant variantları bütün ömür boyunca daşına bilər: onlar orqanizmin vəziyyətinə heç cür təsir etməz.
Xatırlamaq vacibdir ki, dəyişilmə üçün yan keçilməsi mümkünsüz olan fərdi göstərişlər vardır. Onlar ömürlük zəmanəti olan müasir implantlara belə şamil oluna bilər.
Ancaq bütün bu nüanslar barədə mütəxəssisdən öyrənmək lazımdır. Bundan başqa, hətta silikon implantlar və digər müasir materiallardan olan modellər də dəyişilmə tələb edə bilər. Bir qayda olaraq, bu, sinə travması səbəbi ilə kapsulun yırtılması ilə əlaqədar olur.
Duz dolğulu və ya digər tədricən köhnələn materiallardan olan protezlər isə artıq 10-15 il sonra dəyişilmə tələb edə bilər. Bu, üz təbəqəsinin köhnəlməsi, sızma, forma deformasiyası ilə əlaqədardır.
Sinə implantı dəyişilməsinə göstərişlər
Estetik cəhətdən üstünlük vermə. Nəticə pasiyentin xoşuna gəlməyə bilər, məsələn, o, sinə ölçüsü və ya formasını dəyişmək istəyər. Bu, təkrar mammoplastika keçirilməsi üçün tutarlı səbəb ola bilər.
Amma anlamaq vacibdir ki, yeni cərrahi müdaxilə əvvəlkindən 1 il sonra keçirilə bilər, çünki orqanizm bərpa olunmalıdır. Təkrar prosedurun bütün təfərrüatlarını cərrahdan öyrənmək lazımdır. Məhz mütəxəssis yeni əməliyyatın optimal vaxtını təyin edər, ona necə hazırlaşmalı olduğunuzu söyləyər.
Yaş dəyişiklikləri. Yaş artdıqca dəri səthi dəyişir, buna görə protez sallana bilər. Pasiyentlər çox vaxt düşünürlər ki, bu, endoprotezin ağırlığındandır. Əslində isə hər şey məhz yaş dəyişikliklərindən, elastin və kollagen hasilatının azalmasından asılıdır.
Bundan başqa, protezlər laktasiya (südvermə), hamiləlik, kəskin çəki artması və azalmasından da sallana bilər. Bu halda implantın dəyişilməsi qərarını pasiyent özü qəbul edir. Alınmış nəticə onu qane etmirsə, cərrah sinə formasının bərpası üçün variantlar təklif edir.
Fəsadların inkişafı. Reabilitasiya dövrü dönəmində ağırlaşmalar meydana çıxarsa, implantları dəyişmək lazımdır. Onlar əməliyyatdan bir neçə il sonra, xüsusilə də, təcrübəsiz cərraha müraciət etdikdə və ya pasiyent mütəxəssis tövsiyələrinə əməl etmədikdə inkişaf edə bilər.
Məsələn, reabilitasiya vaxtı heç bir təqdirdə qarnı üstə yatmaq, kompressiyaedici paltar geyinməkdən imtina etmək, ya da idmanla fəal məşğul olmaq olmaz: bütün bunlar implantın sallanmasına, tikişlərin partlamasana və təkrar cərrahi müdaxilə tələb edəcək digər xoşagəlməz fəsadlara yol aça bilər.
Qeyd etmək vacibdir ki, sinədəki implantlar hətta yırtıldıqda belə toksik maddələr ifraz etmir: dolğular insan toxumaları ilə uyğundur və tamlığı pozulduqda ciddi zərər vermir. Amma protezin fiziki zədələnməsi onun dəyişilməsini və təkrar mammoplastika tələb edir.

Sinə implantları necə dəyişilir?
Müasir materiallar seçimində, həmçinin görünən göstəricilər olmadıqda neçə il sonra implant dəyişmək haqda düşünmək gərək deyil. Əgər yenə də pasiyent əməliyyat keçirməyə qərar veribsə, prosedur adi mammoplastika kimi, 2 əsas mərhələdə icra ediləcəkdir.
Hazırlıq mərhələsi. Bu mərhələdə pasiyent plastik cərrahın yanına gedib, müayinədən keçməlidir. Buraya təkcə vizual diaqnostika deyil, bir sıra müəyyən prosedurlar da daxildir:
• Mammoqrafiya;
• EKQ;
• Flüoroqrafiya;
• Süd vəziləri və aşağı ətraf damarlarının USM-İ;
• Laborator təhqiqatlar.
Zərurət olduqda ixtisaslı mütəxəssislər yanında əlavə təhqiqatlar təyin edilə bilər. Əgər analizlər cərrahi müdaxilə keçirməyə imkan verərsə, həkim mammoplastikaya hazırlıqla bağlı tövsiyələr verir, əməliyyatın keçirilmə nüanslarını söyləyir.
Endoprotezlərin dəyişilməsi mərhələsi. Prosedur bütövlükdə adi mammoplastikanı xatırladır və ümumi narkoz altında aparılır. Əməliyyatın gedişində plastik cərrah köhnə çapığın yarandığı xətt boyunca köhnə implantları çıxarır, kapsulotomiya keçirir və yeni endoprotezlər qoyur.