Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Kök hüceyrə ilə cavanlaşma
Müasir təbabətdə tətbiq edilən ən yeni elmi metod – kök hüceyrə ilə zənginləşdirilmiş piy toxumaları reinyeksiyaları plastik və rekonstruktiv cərrahiyyə sahəsində geniş imkanlar açır. Bu, pasiyentin öz toxumalarının – piy və kök hüceyrələrinin istifadə edildiyi unikal bir metoddur. Tanınmış ümumdünya plastik cərrahları skalpelsiz edilən bu əməliyyatları elm və incəsənətin tətbiqi metodu adlandırmışlar.Qadınlar tez-tez sinə böyütmə ilə eyni vaxtda "”problemli bölgələr”də piy qatının azaldılmasını da arzulayırlar. Kök hüceyrə və piy toxuması tərkibli biomaterialdan ibarət inyeksiyalar sinə böyütmə, bədəndə rekonstruktiv əməliyyatlar bədən konturları korreksiyası (body reshaping), dəri cavanlaşdırılması və üz ovalı bərpası üçün tətbiq edilir.
İnyeksiya üçün gərəkli kök hüceyrə necə alınır?
Kök hüceyrə almaq üçün qarın nahiyəsindəki piy istifadə edilir. Amma eyni zamanda bir neçə problemli bölgədə – bud, oma, qollarda da liposaksiya etmək mümkündür. Piy xüsusi aparaturaya yerləşdirilir, orada piy toxuması artıq qatqılardan tam təmizlənir və aktivləşdirilmiş kök hüceyrə hasil edilərək, təmizlənmiş piylə birləşdirilir. Alınmış biomaterial inyeksiya yolu ilə pasiyentin bərpa ediləcək üz və bədən bölgəsinə yeridilir. Əməliyyatın üstünlüyü ondadır ki, o, liposaksiya etmək imkanı verir və kök hüceyrə əldə edilir.
Kök hüceyrə reinyeksiyaları hansı hallarda tövsiyə edilir?
Davamlı dəri gəncləşdirmə effektini üz dərisinə, dekolte bölgəsinə və qol dərisinə kök hüceyrə reinyeksiyaları yolu ilə əldə etmək olar. Biomaterial istifadəsi ilə sinə rekonstruksiyası, anadangəlmə və ya sonradan qazanılmış sinə asimmetriyasında icra etmək, çapıqların yaratdığı dəri deformasiyalarını müalicə etmək mümkündür.Kök hüceyrə və üz əməliyyatları:
Üz ovalının və dekolte bölgəsinin bərpasıDodaq, yanaq və çənə altının böyüdülməsi
Kök hüceyrə və sinə əməliyyatları:
Sinə böyütməMastektomiya sonrası sinə rekonstruksiyası

Kök hüceyrə əməliyyatı necə keçir və nə qədər davam edir?
Pasiyent eyni vaxtda iki manipulyasiya – liposaksiya və kök hüceyrə inyeksiyaları edilməsi üçün hazırlanır. Liposaksiya bölgəsinin böyüklüyündən və estetik, yaxud rekonstruktiv məsələdən asılı olaraq, əməliyyat təxminən 2-4 saat çəkir və bu mərhələlərdən ibarətdir:1) narkoz;
2) qarın bölgəsindən liposaksiya, bu manipulyasiyanı eyni vaxtda bud, oma və qol nahiyələrində də icra etmək olar və o, adətən, bir saatadək çəkir; müddət liposaksiya bölgəsinin böyüklüyündən asılıdır;
3) kök hüceyrə və piydən olan biomaterial inyeksiyaları bədən bölgələri və üz bərpası üçün nəzərdə tutulur.
Dəri gəncləşdirmə inyeksiyalarını, kiçik çapıqların ləğvini cərrah yerli anesteziya tətbiqi ilə icra edə bilər.
Sinə böyütmə və ya sinə rekonstruksiyası əməliyyatı da narkoz altında yerinə yetirilir.
Kök hüceyrə əməliyyatı sonrası orqanizmin bərpası necə gedir?
Liposaksiya və biomaterial inyeksiyaları yerlərində əməliyyatdan dərhal sonra şişkinlik müşahidə edilə bilər. Üz nahiyəsində inyeksiya nəticəsi dərhal görünür: üz ovalı yaxşılaşır, üz dərisinin həcmi artır. Bədəndə geniş əməliyyat nəticəsini əməliyyatdan 2-3 ay sonra tam dəyərləndirmək mümkün olur. Bu dövr ərzində bədən liposaksiya və kok huceyre inyeksiyaları icra olunmuş bölgələrlə qarşılıqlı hərəkətə keçərək konturlarını dəyişir. Şişkinlik yox olur, kök hüceyrələr öz toxumalarının yenilənməsi işinə başlayır. Dəri səthi sağlam, təbii görkəm alır, zərif və elastik olur.
Mən plastik cərrah Mübariz Məmmədli Bakı və Azərbaycan üzrə kök hüceyrə əməliyyatı və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.