Ginekomastiya əməliyyatı

Ginekomastiya əməliyyatı

Ginekomastiya nədir?
Ginekomastiya nedir ? Gözəl sinə qadın bədəninin əvəzolunmaz atributudur. Amma bəzən böyümüş döş vəziləri yersiz olaraq kişilərdə də mövcud olur. Ginekomastiya süd vəzisinin xoşxassəli böyüməsi olub, həm yeniyetmə oğlanlarda, həm də müxtəlif yaşlı kişilərdə müşahidə edilir. Kişilərdə kişilərdə süd vəzi böyüməsi olduqda bunu aradan qaldırmaq üçün plastik əməliyyat aparılır.

Ginekomastiya emeliyyati : Göstərişlər
Ginekomastiya müalicəsinə göstəriş artıq çəki və ya hormonal pozuntular səbəbi ilə kişilərdə sinə böyüməsidir. Yalançı və həqiqi kişi ginekomastiyası vardır. Müalicə xəstəliyin inkişaf səbəbini nəzərə almaqla təyin edilir.

Yalançı ginekomastiya piy toxumasının artıqlığı (çox olması) ilə xarakterizə olunur, bu problem adətən liposaksiya yardımı ilə həll edilir.
Həqiqi ginekomastiya inkişafı bir sıra səbəbdən ola bilər: hormonal xəta (qadın hormonu estrogenin çoxluğu), kastrasiya (axtalanma), hipotireoz, müxtəlif şişlər, qaraciyər sirrozu, bir sıra preparatların, o cümlədən, anabolik steroidlərin tətbiqi və s. Həqiqi ginekomastiya əməliyyatı zamanı dərialtı mastektomiya tətbiq edilir.

Ginekomastiyanın həmçinin qarışıq, fibroz-piy forması da vardır. Bu növ xəstəlikdə arıqlamağa baxmayaraq sinə kiçilmir. Bundan başqa, ümumi bədən arıqlaması fonunda o daha da nəzərə çarpan olur. Ginekomastiyanın bu növünün müalicəsi üçün mastektomiya, ya da liposaksiya ilə birgə mastektomiya həyata keçirilir.

ginekomastiya emeliyyati


Kişilərdə birtərəfli ginekomastiya
Patologiya bir süd vəzisinin böyüməsi ilə xarakterizə olunur, ikinci dəyişməz qalır. Yetkin yaşda kişidə qəfil bir süd vəzisi böyüməsi olduqda onkologiyanı istisna etmək üçün müayinə olunmaq lazımdır. Yetkin yaşda birtərəfli ginekomastiya bədxassəli şiş inkişafından da xəbər verə bilər.

Son illər tez-tez ginekomastiya əlamətləri idman məşğələləri zamanı anabolik steroidlər qəbul edən kişilərdə müşahidə edilir. Peşəkar idmançıların əməliyyat edilməsi çox vaxt çətinlik yaradır. Çünki məşqlərlə böyüdülmüş əzələlərdən süd vəzisini qidalandıran damarlar keçir. Bu, əməliyyat sonrası qanaxma riski yaradır. Ona görə də belə pasiyentlərə adətən əməliyyatdan sonra stasionarda bir müddət qalmaq tövsiyə olunur.

Ginekomastiya əməliyyatı : Əks göstərişlər

  • Qan laxtalanması problemləri;
  • Endokrin sistemi xəstəlikləri;
  • Kəskin fazalı xroniki xəstəliklər;
  • Onkoloji xəstəliklər;
  • Şəkərli diabet.

Ginekomastiya: hazırlıq və əməliyyat
Ginekomastiya əməliyyatı keçirilməzdən öncə pasiyent süd vəzilərinin USM-dən keçməlidir. Bu, döş vəzisi və piy toxuması ölçüsünü dəqiq müəyyənləşdirmək üçündür. Əməliyyat gilə-areol kompleksindən icra edilir. Plastik cərrah piqmentli sahə kənarında kiçik kəsik edir ki, gələcəkdə çapıqlar görünməsin. Sonra döş vəzisi və piy toxuması hissəsi götürülür və sonda kosmetik tikişlər qoyulur. Ginekomastiya əməliyyatı qiyməti pasiyentin şəxsi tələbləri və onun orqanizminin fərdiliyinə görə dəyişə bilər.

Reabilitasiya
Ginekomastiya əməliyyatı sonrası ilk bir neçə saat yara mayesinin axması üçün drenaj  qoyulması zəruridir.
Kəsiyin kiçik olmasına baxmayaraq, cərrahi müdaxilə sahəsi yetərincə böyük olur. Buna görə də əməliyyat sonrası ilk günlər pasiyentə sakitlik və həkim nəzarətində olmaq lazımdır. Əməliyyat sonrası ilk 4-6 həftədə kompressiya edici geyim geyinmək vacibdir. Bu, əməliyyat gedişində alınmış nəticəni möhkəmləndirməyə və bərpa prosesini daha da sürətləndirməyə yardım edəcək.

Cərrahın göstərişi ilə əməliyyat sonrası ilk günlər pasiyentə antibiotiklər, yaxud digər preparatlar təyin edilir. Əməliyyatdan sonra ilk ayda kişilərə fiziki gərginlik, o cümlədən, ağırlıq qaldırmaq, idmanın kontakt növləri, hamam və sauna istisna olunur. Adətən, əməliyyat asan və hər hansı bir ağırlaşma olmadan keçir. 6-9 həftədən sonra tikişlər praktiki olaraq görünməz olur.

Onlayn randevu al

AZE_FLAG +994