Yayda plastik əməliyyat etdirmək olarmı?

Yayda plastik əməliyyat etdirmək olarmı?


Yayda xanımların böyük əksəriyyəti təkcə dincəlmək yox, həm də xarici görünüşlərində dəyişikliklər etməyi planlaşdırır. Xarici görkəmdə ən effektiv dəyişiklik yaratmaq üsulu isə plastik əməliyyatlardır. Lakin əməliyyat masasına uzanmadan öncə pasiyentlərdə tam aktual bir sual yaranır: Görəsən yayda plastik əməliyyat etmək olarmı? Gəlin, hansı fəsildə plastik əməliyyat etməyin daha yaxşı olduğunu birlikdə araşdıraq.

Yayda plastik əməliyyatların müsbət və mənfi cəhətləri

Plastik cərrahlar bir səslə bəyan edirlər ki, yay plastik əməliyyat keçirilməsi üçün əks göstəriş deyil. Dövrümüzdə plastik əməliyyatları konkret mövsümü yoxdur və ilboyu keçirilə bilər. Temperatur rejimi bərpa dövrünə pis təsir etmir. Bəzən isə, əksinə, reabilitasiyanı daha da sürətləndirir. Günəş təbii kollagen, elastin ifrazına təsir edərək mübadilə proseslərini fəallaşdırır. Buna görə də çapıqlar sürətlə sağalır.
Daha bir üstünlük – sosial-psixoloji amildir. Yay həmişə istirahəti yada salır. Buna görə cərrahi müdaxilədən sonra rahatlıqla evdə oturmaq olar. Hətta pasiyent aktiv həyat tərzinə davam etsə belə.

Yayda mammoplastika
Süd vəzi plastikası populyarlığına görə rekord qırır. O, xanımlara harmonik forma bəxş edir və öz cazibədarlığına güvəni qaytarır. Konsultasiyada pasiyentlər tez-tez “Yayda sinə böyütmək olarmı?” sualını verirlər. Mamoplastikanın bütün növləri – sinə böyütmə, sinə dikləşdirmə, sinə kiçiltmə ilboyu aparıla bilər.
Əvvəllər belə bir fikir mövcud idi ki, isti hava infeksiyalaşma riskini artırır. İndi isə bu, keçmişdə qalıb. Müasir mamoplastika icra texnologiyaları, innovativ materiallar temperaturdan asılı olmayaraq toxumaların tez sağalmasına şərait yaradır. Tikişlər də öz-özünə sorulur. Cərrahlar sinə böyütmədən 2 ay sonra dənizdə, ya hovuzda çimməyi tövsiyə edirlər.

Yayda abdominoplastika
Cərrahi qarın korreksiyası sallanmış artıq piy yığıntılarını, bürüşmüş dərini və qismən dartılmaları, qeysəriyyədən sonra qalan qeyri-estetik çapığı (pilləni) effektli şəkildə ləğv edir. Pasiyent yeni cəzbedici bədən cizgiləri – hamar qarın və incə bel qazanır.
Abdominoplastika etdirməyi qərara alan pasiyentləri uzun reabilitasiya müddəti narahat edir. Həqiqətən, ondan sonra 2-4 həftə məxsusi kompressiyaedici bandaj geyinilməlidir. Bu, nəticənin stabilləşməsi üçün mühümdür. Bu zaman tikişlərə xüsusi qulluq tələb olunmur.

yayda plastik cərrah

Yayda burun emeliyyati
Rinoplastika digər fəsillərdə olduğu kimi yayda da aparılır. Reabilitasiya dövrü də standart keçir.
Rinoplastika sonrası bəzi məhdudiyyətlər vardır. Onlardan biri – eynək (gün eynəyi də) taxmaqdan imtina etməkdir. Əgər bu, sizi narahat etmirsə, cəsarətlə burun əməliyyatı etdirə bilərsiniz. Dəniz istirahətini əməliyyatdan 2 həftə sonraya planlaşdırsanız, yaxşı olar. Mütləq gündən müdafiə kremi istifadə edilməlidir.

Yayda blefaroplastika
Ən çox verilən suallardan biri də “Yayda blefaroplastika etmək olarmı?” sualıdır. Bəli, hətta bu əməliyyat üçün yay ideal vaxtdır! Bildiyiniz kimi, klassik blefaroplastikada tikişlər nəzərə çarpır və pasiyentlər onları gün eynəyi altında əla gizlədə və ətrafdakıların diqqətindən yayındıra bilərlər. Bu zaman çapıqlar da fəal günəşdən qorunmuş olur. Stabil temperatur toxumaların sağalmasına müsbət təsir göstərir. Qan axınının yaxşılaşması sayəsində şişkinlik və göyərmələr tez keçib gedir.

Onlayn randevu al

AZE_FLAG +994