Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Mamoplastika
Mammoplastika nədir?
Mamoplastika nedir? Müasir plastik cərrahiyyənin inkişafı sinəsindən narazı olan xanımlara bu problemi effektiv və güvənli şəkildə həll etmək imkanı verir. Mammoplastika və ya sinə plastikası – süd vəzilərinin forma və ölçülərini dəyişməyə, areola və döş uclarının korreksiya edilməsinə yönəlmiş cərrahi əməliyyatlardır. O, özünəinamı qaytarmağa və normal, o cümlədən, intim həyata mane olan bir sıra komplekslərdən qurtulmağa imkan verir.Mamoplastikaya göstərişlər
Bu göstəricilər olduqda plastik əməliyyatın icrası tövsiyə edilir:Hədsiz kiçik ölçü, asimmetriya. Bədənin digər hissələri ilə müqayisədə qeyri-mütənasiblik olduqda sinə plastikası süd vəzilərinin böyüdülməsi istiqamətinə yönəlmiş hormonal terapiyadan dəfələrlə effektlidir.
Kollagen və elastinin aşağı olması səbəbi ilə döşlərin sallanması. Yaşlanma dəyişiklikləri nəticəsində və hamiləlik sonrası sinənin əvvəlki elastikliyinin itirilməsi sinə dikləşdirmə və sinə implantı (döş implantı) ilə bərpa edilir.
Bədxassəli şiş səbəbilə süd vəzilərinin qismən və ya tamamilə götürülməsindən sonra rekonstruksiya. Bu zaman plastik cərrah əməliyyatdan əvvəlki simmetrik formanı bərpa edir.
Hədsiz böyük ölçü. Əksər qadınlar artıq vəzi və piy toxumasının yaranmasından fiziki diskomfort və kompleks yaşayırlar.
Ginekomastiya. Kişilərdə döş böyüməsi anomal hal olub, onlar üçün ciddi psixoloji narahatlıqlar yaradır. Artıq süd vəzilərinin cərrahi yolla ləğvi onlara əvvəlki görkəmini qaytarmağa imkan verir.
Mamoplastika əməliyyatı qiyməti
Mamoplastika qiymeti bilavasitə mamoplastikanın növünə görə, həmçinin pasiyentin şəxsi istək və tələblərinə, eyni zamanda onun orqanizminin fərdi fizioloji xüsusiyyətlərinə görə dəyişə bilər. Mamoplastika qiymetleri barədə öyrənmək üçün əvvəlcə icra olunacaq mammoplastika növünü müəyyən etmək lazımdır.
Mamoplastikanın növləri
Cərrahi müdaxilənin həmişə bəzi riskləri var. Buna görə hazırlıq zamanı uyğun klinika və mütəxəssisi diqqətlə seçmək lazımdır. Sinə plastikasının necə edilməsi həll olunması tələb edilən bu və ya digər estetik problemdən asılıdır. Belə ki, mamoplastikanın əsasən aşağıdakı növləri var:Sinə böyütmə (meme boyutme, dos boyutme)
Sinə kiçiltmə (döş kiçiltmə)
Sine diklesdirme (mastopeksiya)
Rekonstruktiv mamoplastika
Uc-areola kompleksinin korreksiyası
Sinə böyütmə
Sine boyutme adı altında implant qoyulması ilə bağlı olan bir sıra manipulyasiyaları birləşdirirlər. Ətraflı tibbi müayinə və konsultasiyaların gedişatında plastik cerrah daha uyğun ölçü və forma seçir. Keyfiyyətli məmulat kifayət qədər təbii görünür. Ağrı hissi yaratmır və yenidən əvəzlənməsinə lüzum yoxdur.Döş böyütmə əməliyyatında son nəsil, bir qayda olaraq, silikondan olan gel implantlar tətbiq edilir. Silikon implantları fərqləndirən özəlliyi – konstruksiyanın deformasiyasını və dolğunun ətraf toxumalara çıxmasını önləyən maneə təbəqəsidir. Gelin konsistensiyası sərtliyi və yumşaqlığına görə fərqlənir ki, bu da etibarlı forma saxlanılmasını və toxunduqda natural (təbii) sinə üçün uyğun sayılan xoş relyefi təmin edir.
Quruluşuna görə klassik yumru və anatomik (damlavari) formalar vardır. Ən uyğun variantın təyin olunması kompleks diaqnostika və pasiyentin orqanizminin fizioloji xüsusiyyətlərinin tədqiqini tələb edir. Məmə böyütmə əməliyyatı rahat keçir. Lakin reabilitasiya dövrü müddətində (1-3 ay) həkim təlimatlarına ciddi əməl olunması tələb edilir.
Sinə kiçiltmə
Lazım olduqda laktasiya (südvermə) funksiyasını saxlamaqla süd vəzi ölçülərinin kiçildilməsi və sinə formasının korreksiyası həyata keçirilir. Döş kiçiltmə əməliyyatı zamanı böyük miqdarda həcm yonulması üçün plastik cərrah areoladan sibmammar qata qədər T şəkilli kəsik, orta ölçü halında isə bir şaquli kəsik edir.
Sinə dikləşdirmə (mastopeksiya)
Sinə dikləşdirmə, sinə dartma və ya mastopeksiya – gözlə görünən döş sallanması (ptoz) əlamətləri olduqda həyata keçirilən sinə korreksiyası əməliyyatıdır. Məmə dikləşdirmə uc-areola kompleksinin bir qədər yuxarıya köçürülməsi və areola ölçülərinin dəyişdirilməsi sayəsində süd vəzilərinin xarici görünüşünü yaxşılaşdırır. Müxtəlif texnikaların istifadəsi hamiləlik sonrası, yaşla, yaxud kəskin çəki itirilməsi nəticəsində baş vermiş sinə sallanması və digər bu kimi xoşagəlməzliklərin öhdəsindən uğurla gəlməyə imkan verir. Normal həcm saxlanılmaqla dəriyə elastiklik qabiliyyəti qaytarılır.Rekonstruktiv mamoplastika
Bu növ manipulyasiya süd vəzilərinin tam və qismən götürülməsi (mastektomiya) ilə əlaqədar tətbiq edilir. İlkin yonma proseduru sinə plastikasının necə aparılmasına təsir edir. Bərpa dərhal əməliyyatdan sonra, ya da dəqiq araşdırılmadan sonra bir neçə müddət ərzində mümkündür.Bu əməliyyat zamanı təbii və süni dolğular tətbiq edilir. Material olaraq orqanizmin öz toxumaları – autotransplantlar, yaxud silikondan olan gel implantlar çıxış edir. Kombinə olunmuş variant da mümkündür.
Uc-areola kompleksinin korreksiyası
Sinə plastikasının bu növü təkcə qadınlar arasında deyil, həm də kişilər arasında populyardır. Böyük olmayan kəsiklərin yardımı ilə plastik cərrah döş gilələri və areolaların diametrini, onların formasını, konturunu (kənarını), yerləşməsini uğurla korreksiya edir. Bu əməliyyat növü döş giləsinin içəri girməsi, döş ucunun olmaması və s. kimi problemlərin həllinə yönəlib.Əməliyyatdan öncə nə edilməlidir?
İlk konsultasiyada həkim-cərrah pasiyentin bütün suallarına ətraflı cavab verir, gözlənilən nəticələrdən danışır və mümkün fəsadlar barədə xəbərdarlıq edir. Sinə plastikası aparılmazdan əvvəl tələb olunur:- bir sıra analizlər vermək (barmaqdan qan, biokimya, koaquloqramma, QİÇS, hepatit və s.) ;
- tibbi prosedurlardan keçmək (flüoroqrafiya, USM, EKQ) ;
- əlaqədar sahə mütəxəssisləri ilə məsləhətləşmək (terapevt, ginekoloq, mammoloq).
Mammoplastika necə keçir?
Bütün ilkin informasiya toplanan kimi bilavasitə əməliyyatın keçirilməsi üçün hazırlıq prosesi başlayır. İlk öncə hansı narkoz növünün tətbiq olunacağı məsələsi həll edilir. Cərrahların böyük əksəriyyəti ümumi narkoza üstünlük verirlər. Çünki bu, fikirlərin bütünlüklə əməliyyatın özünə cəm olmasına imkan verir. Kiçik manipulyasiyalarda və ya fərdi dözümsüzlük hallarında damardaxili sedativ təsirə malik lokal anesteziya tətbiq edilir.Mamoplastikanın müddəti 30 dəqiqədən 1,5 saata qədər sürə bilir. Kəsiklərin icrasını və ya implant qoyulmasını plastik cərrah bir neçə amilə görə seçə bilər: göstəricilər, müayinə nəticələri, bədən konstitusiyası və s. Proseduru sona çatdırdıqdan sonra yara yaxşıca təmizlənib tikilir.
Əks göstərişlər
- Kəskin infeksiyalar və ya kəskinləşmiş xroniki xəstəliklər;
- Onkoloji xəstəliklər;
- Ürək-damar və ya hematoloji xəstəliklər;
- Dekompensasiya mərhələsində olan şəkərli diabet;
- Laktasiya sona çatdıqdan sonra yarım ildən az müddət;
- Psixi pozuntu halları.
Bundan başqa, 18 yaşına çatmamış şəxslərə də mammoplastika əks göstəriş kimi qiymətləndirilir.
Reabilitasiya (bərpa) dövrü: tövsiyə və məhdudiyyətlər
Əməliyyatdan sonrakı bitmə mərhələsinə bütün ciddiyyəti ilə, mütəxəssisin tövsiyələrinə lazımınca əməl edərək, vaxtlı-vaxtında müayinəyə gələrək və yazılmış dərmanları qəbul edərək yanaşmaq tələb olunur. Sinənin tam formasını alması üçün çox vaxt 6-9 aya yaxın müddət lazım gəlir.Ağırlaşmalara və yarana biləcək fəsadlara yol verməmək üçün tələb olunur:
Tikişlər sökülənə və ya sorulana qədər onları antiseptiklə təmizləmək ;
1-2 ay sinəni lazım olan vəziyyətdə saxlayan və implantları qarışmağa qoymayan məxsusi kompressiyaedici alt paltarı geyinmək;
4-6 həftə hamam, sauna, solyari, SPA salon, hovuza getməkdən daşınmaq;
İki ay fiziki gərginliyi məhdudlaşdırmaq. İlk bir neçə gün qolları yuxarı qaldırmaq tövsiyə olunmur.
Sinə plastikasından sonra ilk vaxtlar ağrı, şişkinlik, bərkimə hissi kimi xoşa gəlməz fəsadlar müşahidə edilə bilər. Cərrahın bütün tövsiyələrinə əməl etməklə bu amillər yoxa çıxacaq.
Mən plastik cərrah Dr. Mübariz Məmmədli Bakı və Azərbaycan üzrə mamoplastika əməliyyatını, həmçinin digər plastik-estetik əməliyyatları peşəkar səviyyədə icra edirəm.

