Mündəricat
- Endoskopik dərin üz gərmə və qabaqcıl üz yeniləməsi
- Müasir Plastik Cərrahiyyə
- Alın Germe — Gənc və Açıq Baxış üçün Müasir Həll
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
Təkrar rinoplastika
Təkrar rinoplastika nədir?
Rinoplastika ən çox tələb olunan əməliyyatlardan biridir. Əməliyyatda praktiki olaraq heç bir yaş məhdudiyyəti yoxdur. Bu əməliyyat burun nahiyəsində estetik və funksional qüsurların aradan qaldırılması üçün nəzərdə tutulub.Təəssüf ki, günümüzdə edilən bir çox burun əməliyyatları uğursuzluqla nəticələnir. Buna görə də pasiyentlər təkrar rinoplastikaya ehtiyac duyurlar.
Təkrar rinoplastikaya göstərişlər
Rinoplastikanın nəticəsindən pasiyentin narazılığı;Fəsadlar (burun septumunun perforasiyası, asimmetriya, burun vasitəsilə tənəffüsün pozulması, burnun arxa hissəsinin çökməsi və s.).
Əks göstərişlər
Təkrar rinoplastika üçün əks göstərişlər ilkin rinoplastikaya qoyulan məhdudiyyətlərdən fərqlənmir:- Kəskin mərhələli yoluxucu və iltihablı xəstəliklər;
- Dekompensasiya olunmuş şəkərli diabet;
- Qan laxtalanmasının pozulması;
- Onkoloji xəstəliklər;
- Hamiləlik, laktasiya.