Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Popo böyütmə əməliyyatı
Qluteoplastika – popo plastikası üzrə estetik əməliyyatdır. Popo gərmə ilə bahəm eyni vaxtda bu nahiyənin böyüdülməsi də aparıla bilər. Popo plastikasının yardımı ilə gözəl relyef qurulur və bədənə cazibədar cizgilər verilir.
Əməliyyat necə aparılır?
Popo implantı emeliyyati və ya popo şəkilləndirmə əməliyyatı ümumi anesteziya tətbiqi ilə aparılır və 1.5 saatadək davam edir. Cərrahi müdaxilə gedişatında pasiyentə ciddi ölçülmüş (hesablanmış) implantlar qoyulur. Parametrlərdən, toxumaların vəziyyətindən və arzuolunanan nəticədən çıxış edərək, onlar hər bir konkret hal üçün fərdi olaraq seçilir.Praktikada müxtəlif implant qoyma üsulları mövcuddur. Mənim istifadə etdiyim üsul əzələ altına implant yerləşdirmə üsuludur. Bu metodun üstünlüyü ondan ibarətdir ki, əzələ altına yerləşdirildiyi üçün implant əsla nəzərə çarpmır. Bundan başqa, daha gözəl nəticə almaq üçün implantla yanaşı piy də yerləşdirirəm ki, buna plastik cərrahiyyədə hibrid popoplastika deyilir.
Popo əməliyyatının qiyməti pasiyentin tələblərinə və onun orqanizminin xüsusiyyətlərinə görə dəyişə bilər.
Əks göstərişlər
- daxili orqanların sistem xəstəlikləri (kəskinləşmə mərhələsində)
- qan laxtalanması pozğunluqları
- şəkərli diabet
- ürək-damar xəstəlikləri
- digər mümkün həyati-vacib sistem funksiyalarının pozulması
Reabilitasiya (bərpa) dövrü
Əzələ altına yerləşdirildiyi üçün reabilitasiya dövrü çox yüngül keçir. Pasiyent elə həmin gün evə buraxılır və ona hətta oturmağa da icazə verilir. Sağalmanın necə getməsindən asılı olaraq, popo nahiyəsində xoşagəlməz hissiyyat keçib-gedir və tikiş görünməz olur.
Azərbaycanda, Bakıda mən plastik cərrah Mübariz Məmmədli qluteoplastika və digər plastik-estetik əməliyyatları peşəkar səviyyədə həyata keçirirəm.
