Fraksion CO2 lazer proseduru ilə gəncləşmə

Fraksion CO2 lazer proseduru ilə gəncləşmə

 

Fraksion CO2 lazer necə çalışır?

 

Fraksion CO2 lazer şüaları təbii cavanlaşma proseslərini işə salaraq, yalnız problemli hüceyrələrə toxunur. Bu zaman, alternativ metodlardan fərqli olaraq, buxarlanma effekti əldə etmək üçün aparata xeyli az zaman tələb olunur. Bu ona görə baş verir ki, o, bütöv dəri sahələrini isitmədən, nöqtəvi olaraq təsir edir. Reabilitasiya dövrü isə 2-5 gün davam edir.

Fraksion CO2 lazer cilalama istənilən çətin problemli bölgənin optimal səviyyədə buxarlanmasını təmin edərək, zəruri təsir dərəcəsini dəqiq müəyyənləşdirməyə və məhdudlaşdırmağa imkan verir. Bunun sayəsində hiperpiqmentasiya kimi potensial ağırlaşmalar minimuma endirilir.

Fraksion CO2 lazer proseduru buxarlanmanı təmin edir ki, bunun sayəsində də toxumalar hədsiz isinmir və zədələnmir. Bu, yüksək effektivlik səviyyəsi təmin edir. Lazer yanıqları almaq riski olmur. Bu metodika intensiv və kardinal gəncləşməni yüksək təhlükəsizlik səviyyəsində aparmağa imkan verir.

 

Göstərişlər

 

  • Dəri tonusunun düşməsi;
  • Dərin çapıqlar;
  • Ləkələr;
  • Üz nahiyəsində elastikliyin itməsi;
  • Qırışlar;
  • Akne sonrası yaranmış izlər;
  • Əməliyyatdan sonra yaranmış çapıqlar və izlər.

lazer-aparati ; fraksion-Co2-lazer-proseduru 

Əks göstərişlər

 

  • Hamiləlik, laktasiya dövrü;
  • Keloid çapıqların yaranmasına meyillilik;
  • Xroniki infeksiyaların kəskinləşməsi;
  • Autoimmun xəstəliklər;
  • Lazer olunan yerdə səpgilər;
  • Quru, susuzlaşmış dəri;
  • Onkoloji xəstəliklər;
  • Qan laxtalanması pozuntuları;
  • Herpes;
  • Qaralma.

 

Prosedur necə keçir?

 

Fraksion CO2 lazer proseduru öncəsi dəri vəziyyətini, göstərişlərin və əks göstərişlərin olmasını müəyyənləşdirmək və mümkün hazırlıq planı tərtib etmək üçün həkim konstitusiyası zəruridir. 2 həftə əvvəldən kimyəvi pilinqlər etmək və qaralmaq tövsiyə olunmur.

Prosedur ambulator şəraitdə lokal keyidici krem istifadə etməklə aparılır. Fraksion gəncləşmənin davametmə müddəti işlənən nahiyədən asılıdır və ortalama 30-60 dəqiqə çəkir.

Fraksion CO2 proseduru sonrası effekt dərhal görünür, sonradan güclənir. Prosedur bir dəfə, bəzən isə bir neçə ay interval ilə 2-3 dəfə aparılır.

 

Prosedur aparıldıqdan sonra tövsiyə edilir:

 

  • İşləmə nahiyəsini zədələməmək;
  • Sürətli dəri bərpasına xidmət edən xüsusi baxım kremləri istifadə etmək;
  • 2-3 həftə qaralmamaq.

 

Mən həkim-plastik cərrah Mübariz Məmmədli Fraksion CO2 lazer prosedurunu peşəkar şəkildə həyata keçirirəm. Bu prosedurun köməyi ilə dərinin cavanlaşdırılması, çapıqların götürülməsi, dərin qırışların hamarlaşdırılması, əməliyyatdan sonra yaranmış yara çapıqlarının azaldılması, üz dərisinin dəyişilməsi və keyfiyyətinin yaxşılaşdırılması mümkündür.

Daha gözəl və effektiv nəticə almaq üçün proseduru həm də üz gərmə və digər plastik əməliyyatlarla birgə icra edirəm

Onlayn randevu al

AZE_FLAG +994