Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Plastik cərrahiyyənin 5 faydası
Plastik cərrahiyyə sağlamlıq üçün faydalıdırmı?
Son illərdə plastik cərrahiyyənin populyarlığı kəskin şəkildə artmışdır və qadın və kişi pasiyentlər fərdi kosmetik müalicə üçün plastik əməliyyatlara daha çox müraciət etməyə başlamışlar. Bu sıçrayışın əsas səbəblərindən biri plastik cərrahiyyə metodları və texnologiyalarında olan inkişafdır. Cərrahi üsulla icra edilən kosmetik prosedurlar indi əvvəl olduğundan daha təhlükəsiz və əlçatandır.
Estetik cərrahiyyənin əsas məqsədi pasiyentlərin xarici görünüşünü yaxşılaşdırmaq və öz estetik məqsədlərinə çatmaqda onlara yardım etməkdir. Bununla belə, sinə böyütmə, sinə kiçiltmə, qarın gərmə və ya liposaksiya kimi plastik əməliyyatların gözəl görünüş verməkdən başqa pasiyentlərin fiziki və psixoloji sağlamlığı üçün əlavə faydaları da vardır.
Bəzi insanlar plastik cərrahiyyənin səthi diqqət axtaranlar üçün nəzərdə tutulduğunu hesab etsələr də, bu belə deyil. Gəlin plastik cərrahiyyənin həyat keyfiyyətini artırmaqda pasiyentlərə necə kömək etdiyinə nəzər salaq. Bu məqaləmdə plastik əməliyyatların pasiyentlərin sağlamlığı üçün 5 faydasından danışmışam.
Plastik cərrahiyyə ağrını götürür.
Bəzi plastik əməliyyat növləri uzunmüddətli ağrının yüngülləşməsinə yönəlir. Məsələn, böyük sinəsi olan qadınlar, adətən, çiyinlərdə, boyun və kürəkdə ağrı yaşayırlar. Ağrı, xəstələri fiziki işlərdən yayınmağa vadar edir ki, bu da piylənməyə yol aça bilər. Sinə kiçiltmə bu şərtin düzgün və təhlükəsiz həllidir. Bu növ sinə plastikası hədsiz böyük sinəni kiçildir və rekonstruksiya edərək, pasiyentlərə artıq çəkidən xilas olmağa, öz gündəlik fəaliyyətini ağrısız və diskomfort olmadan davam etdirməyə kömək edir.

Plastik cərrahiyyə sağlamlıq problemlərini həll edir.
Rinoplastika əməliyyatı pasiyentlərin tənəffüsünü yaxşılaşdırır və oksigen axınını artırır. Göz qapağı cərrahiyyəsi (blefaroplastika) yaşaran gözləri düzəldir, göz quruluğu problemlərini həll edir və beləliklə, pasiyentlərin görməsini yaxşılaşdırır. Eynən bu cür qarın gərmə də mədə ətrafında mövcud olan çapıqların aradan qaldırılması, ventral yırtıqların ləğvi, pasiyentlərdə stresli sidikqaçırmanın müalicəsi və qamətin yaxşılaşdırılması kimi bəzi problemlər zamanı kömək edir.
Plastik cərrahiyyə özgüvəni artırır.
Siz yaxşı göründüyünüz zaman özünüzü də yaxşı hiss edirsiniz. Öz görünüşündən məmnun olmayan insanlar özlərini qeyri-adekvat hiss edirlər, sosial qarşılıqlı əlaqələrdən qaçırlar, onlarda sosial fobiyalar inkişaf edir və həyatın hansısa bir anında hətta depressiya simptomları ilə üzləşə bilirlər.
Psixi rifah və plastik cərrahiyyə arasında korrelyasiya bizim nəzərdən qaçıra biləcəyimiz aspekt deyil. Çoxsaylı tədqiqatlar sübut etmişdir ki, kosmetik prosedur keçirmiş pasiyentlər daha xoşbəxt, daha inamlı və yeniliklərə daha çox hazırlıqlı olurlar.
Plastik cərrahiyyə daha sağlam həyat tərzi aşılayır.
Abdominaplastika (qarın gərmə), liposaksiya, ayaq gərmə və ya qol gərmə kimi plastik əməliyyatlar çox vaxt pasiyentlərə gündəlik həyatda fiziki aktivlik və daha sağlam qidalanma üçün əlavə motivasiya təklif edir. Çünki sağlam həyat tərzi pasiyentlərə plastik əməliyyat nəticələrini qoruyub saxlamaqda yardımçı olur.
Plastik cərrahiyyə yuxunu yaxşılaşdırır.
Böyük sinə, yaxud zədələnmiş burun pasiyentlərə sakit yaşamağa mane olur. Böyük sinəli xanımların yayılmış şikayəti odur ki, onlar yatmazdan öncə diskomforta görə saatlarla çevrilib dururlar. Sinə kiçiltmə əməliyyatı təhlükəsiz və effektli prosedur olub, böyük və ağır sinəli xanımların rahat yatmasına şərait yaradır.
Eynilə bu cür deformasiya olmuş burunlu insanlara da gecələr xorultu, burun tıxanıqlığı, hətta yuxuda apnoe ucbatından yatmaq çətindir. Burun plastikası (rinoplastika) burun forması dəyişikliyi və burun deformasiyasının düzəldilməsi üçün daha effektiv prosedur olub, pasiyentlərə daha keyfiyyətli və rahat yuxu təmin edir.