Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Plastik əməliyyatlar barədə 6 mif
Plastik əməliyyatlar barədə miflər
Plastik əməliyyatlar barədə xalq arasında çox sayda miflər, əfsanələr və qorxular dolaşmaqdadır. Özü də onların əksəriyyətinin heç bir əsası yoxdur və hətta bəzən təcrübəli həkimlərdə belə anlaşılmazlığa səbəb olur. Bugünkü məqaləm estetik cərrahiyyə ilə bağlı ən çox yayılmış və populyar olan 6 mifə və onların puç və əsassız olduğunun sübutuna həsr olunub.
Mif №1
Yalnız qadınlar plastik əməliyyat etdirirlər.
Bu, yalandır. Sadəcə kişilər bunu daha az nümayiş etdirirlər. Əslində, onlar da ümumi üz və boyun gərmə, blefaroplastika, otoplastika və s. plastik əməliyyatları heç də az etdirmirlər.
Mif №2
Əməliyyatdan sonra çapıqlar və izlər qalır.
Müasir plastik əməliyyat keçirilmə metodikaları əksər hallarda mülayim, az invaziv müdaxilə ilə icra olunur. Belə əməliyyatlardan sonra çapıqlar və izlər az görünür, reabilitasiya dövrü isə çox qısadır. Əlbəttə, plastik cərrahın hədsiz səliqəli olması və metodikanı mükəmməl bilməsi, həmçinin geniş təcrübəyə malik olması çox vacibdir.

Mif №3
Sinə əməliyyatından sonra təyyarədə uçmaq olmaz!
Problemlər yalnız həkim tövsiyələrinə riayət edilmədikdə yarana bilər: məhz səfərə çıxdıqda kompressiyaedici geyim geyinilməlidir. Kompressiyaedici büstqalter olduqda implantla heç bir problem yaranmayacaqdır. İmplant insan orqanizminin qaldıra biləcəyi yükdən xeyli artığına dözməyə qadirdir. Məsələn, son nəsil implantların təqdimatı zamanı onun üzərinə beş tonluq lövhə endirsələr də, protez heç bir deformasiyaya uğramamışdır!
Mif №4
Plastik əməliyyatdan sonra idmanla məşğul olmaq olmaz!
Fiziki gərginliyə məhdudiyyət yalnız əməliyyat sonrası bir neçə həftə boyunca olur. Reabilitasiya prosesi bitdikdən sonra siz əvvəlki həyat tərzi keçirə bilərsiniz.
Mif №5
Sinə implantları xərçəng yaradır.
Bu, doğru deyil. Çoxsaylı tədqiqatların nəticələri birmənalı olaraq təsdiq edir ki, implantların mövcud olmasının onkoloji xəstəliklərin əmələ gəlməsi ilə heç bir əlaqəsi yoxdur. Əməliyyatdan öncə mütləq özündə süd vəzilərinin USM-ni ehtiva edən müayinə, göstəriş olduqda mammoqrafiya və əlbəttə ki, mammoloq konstitusiyası aparılır.
Bu ona görə lazımdır ki, əməliyyat anı üçün süd vəzi tərəfindən heç bir patologiyanın olmadığına əminlik yaransın. Bundan başqa, implantlı qadın öz sinəsinə daha diqqətlə yanaşır və mütəmadi şəkildə profilaktik müayinələrdən keçir.
Mif №6
Süni sinə dərhal görünür.