Mündəricat
- Qabırğa çıxarmadan bel incəltmə əməliyyatı
- Dərin Plan üz gərmə (Facelift) Əməliyyatından Sonra İzin Görünməsi
- Morpheus8 Mikroiynə və Radiofrekans – Əməliyyatsız Gözəllik
- Kesselring Dodaq Əməliyyatı
- Qoruyucu Dərin plan üz gərmə – Təbii və Uzunömürlü Gəncləşmə
- Azərbaycan Plastik Cərrahiyyəsi Dünyaya İxrac Olunur: Dr. Mubariz Məmmədli-nin Beynəlxalq Konqresdə Təqdimatı
- Azərbaycanlı estetik cərrah Mübariz Məmmədli beynəlxalq səviyyədə uğur qazandı
- Niyə Platisma Bu Qədər Vacibdir?
- Həqiqətən də, hər bir plastik cərrah ən azı bir dəfə “Siz mənim üzümü kifayət qədər dartmamısınız”
Blefaroplastika əməliyyatı barədə 7 maraqlı fakt
Əgər gözlər qəlbin aynası hesab edilirsə, göz qapaqlarını yaşanmış illərin əksi saymaq olar. Yaş dəyişiklikləri göz nahiyəsində artıq dəri əmələ gəlməsinə, göz qapağı sallanmasına və yağ toxuması miqdarının azalmasına səbəb olur. Bu qüsuru kosmetik vasitələrin yardımı ilə örtmək mümkün deyil və belə olduqda üz vizual olaraq, daha “yetkin”, hətta “yaşlı” qəbul edilir.
Əgər bu problem sizə tanışdırsa və siz öz güzgüdəki əksinizdən narazısınızsa, blefaroplastika əməliyyatı, yəni göz qapağı plastikası icra etmək yetərlidir. Bu gün sizlər üçün blefaroplastika əməliyyatı barədə maraqlı və faydalı olan 7 fakt barədə danışacağam.
Fakt 1. Nəticənin təsiri zamanla sınaqdan keçmişdir.
Rəsmi olaraq bu cür korreksiya hələ 1950-ci ildə aparılmış və o vaxtdan üzdə yaş dəyişikliyi korreksiyasının daha təhlükəsiz və nəticəli üsullarından biri hesab olunmağa başlanmışdır. Lakin az adam bilir ki, “blefaroplastika” termini hələ 1818-ci ildə təklif edilmiş, göz qapaqları üzərində əməliyyatlar barədə ilk xatırlatma isə b.e.ə. 400-cü ilə aiddir. Bu barədə qədim hind traktatı olan “Susruta-tantra”da qeyd olunmuşdur.
Fakt 2. Blefaroplastikanın nəticəsi – gəncləşmə effekti və yeni obraz
Bu gün blefaroplastika əməliyyatını təkcə yaş dəyişikliklərini gizlətmək üçün yox, həm də bunlar üçün etmək olar:
göz forması və kəsiyini dəyişmək:
gözaltı “torba”ları götürmək;
göz künclərində və ya göz alması üzərində üst göz qapağı sallanmasından xilas olmaq;
piy yığıntılarını aradan qaldırmaq.
Fakt 3. Populyar əməliyyat, zəmanətli nəticə
Statistika göstərir ki, blefaroplastika yalnız mammoplastikaya güzəştə gedərək və rinoplastika ilə rəqabət apararaq, bütün başqa plastik əməliyyatlar arasında populyarlığına görə dünyada ikinci yerdə dayanır.

Fakt 4. Blefaroplastika üçün müayinə olunmaq lazımdır!
Əməliyyat stasionar şəraitdə ümumi narkoz altında aparılır. Müdaxilə zamanı göz almasına toxunulmamasına baxmayaraq, blefaroplastika öncəsi oftalmoloq konsultasiyası almaq zəruridir. Həmçinin ümumi analizlər verilməli və əməliyyatqabağı müayinələr aparılmalıdır.
Fakt 5. Blefaroplastika əməliyyatından sonra çapıqlar olmur!
Əməliyyatdan sonra qalan nazik çapıq təbii göz qapağı xəttində gizləndiyi üçün qətiyyən nəzərə çarpmır.
Fakt 6. Reabilitasiya vacibdir!
Göz qapağı plastikasının effekti gözləntiləri doğrultsun deyə reabilitasiya dövründə müalicə həkiminin qulluq və davranış qaydaları üzrə tövsiyələrinə dəqiqliklə riayət edilməlidir. Əməliyyatın tam nəticəsi cərrahi müdaxilədən yalnız 1,5 - 2 ay sonra – şişkinlik keçdikdən və çapıqlar sağaldıqdan sonra dəyərləndirilə bilər.