Rinoplastika barədə 5 maraqlı fakt

Mündəricat

    Rinoplastika barədə 5 maraqlı fakt


    İndiki zamanda rinoplastika ən populyar cərrahi əməliyyatlardan biridir. Tədqiqatçılar 70%-dən çox insanın öz burun formasından narazı olduğunu söyləyirlər. Lakin rinoplastikaya hər kəs qərar verə bilmir.

    Rinoplastika əməliyyatı haqda bilmədiyiniz 5 maraqlı və əhəmiyyətli fakta nəzər salın.


     


    İtalyansayağı rinoplastika

     

    XVI əsrdə geniş yayımış rinoplastika üsulu özündə bir neçə mərhələ ehtiva edirdi. Əvvəlcə bisepsdən (ikibaşlı əzələ) qismən kiçik dəri parçası soyaraq, onu sonadək ayırmadan birləşdirici qurğu ilə burun ucuna qoyurdular ki, bundan sonra da pasiyent 20 günə yaxın bu vəziyyətdə yaşamalı olurdu.

    Bu zaman pasiyentin dəri parçası götürülmüş qolu sıx sarğı ilə buruna möhkəm fiksə edilirdi ki, bisepsdən olan dəri toxuması burun ucuna yaxşı və möhkəm otursun. 3 həftə bitdikdə parça tamamilə bisepsdən qopurdu və pasiyentə ümid etmək qalırdı ki, dəri toxuması bitişəcək və burun yaxşı görünəcək.

    Ancaq yüksək infeksiya yaranması riski səbəbindən bu qeyri-adi əməliyyat sonrası hər hansı bir nəticəyə zəmanət vermək çətin idi.

                                                                               


    İlin fəsli problem deyil

     

    Rinoplastika əməliyyatını ilin istənilən fəslində icra etmək olar. Rinoplastikanın yaxşı nəticəsi üçün pasiyentin əməliyyata qədərki ümumi vəziyyəti, vaxtında və düzgün bərpa, həmçinin ondan sonra vitaminalma və immunitetin möhkəmləndirilməsi vacibdir. Nə qədər çox faydalı məhsullar, təmiz hava və pasiyentin yaxşı əhvalı olsa, əməliyyat sonrası dövr də o qədər tez və görünmədən keçər.

     


    Tənəffüs problemləri

     

    Əməliyyatdan dərhal sonra pasiyentin burun deşiklərinə tamponlar qoyulur ki, sonra o, ağızdan nəfəs almalı olur. Səhəri gün tamponlar çıxarılır və burun tənəffüsü sərbəstləşir. Lakin əməliyyat sonrası şişkinliyə görə çətinliklər ola bilər. Reabilitasiya bitdikdə, bir qayda olaraq, tənəffüs problemi olmamalıdır.

     

     

     

    Rinoplastika təkcə gözəllik üçün deyil

     

    Çox vaxt rinoplastika tibbi göstərişlərə görə icra edilir, məsələn, anadangəlmə burun qüsuru, yaxud xəstəlik və travma fəsadlarının düzəldilməsi zəruri olduqda.

    Məsələn, burun çəpəri əyriliyi korreksiyası əməliyyatı, septoplastika ilk növbədə burun funksiyalarının yaxşılaşdırılmasına və yalnız bundan sonra – estetik məqsədlərə yönlənir.


     

    Rinoplastikada implant istifadə oluna bilər

     

    Elə olur ki, burun rekonstruksiyası zamanı plastik cərrah çətin hallarla üzləşir – pasiyentin toxuma və qığırdaqları bərpa edilməlidir. Bunun üçün artıq qədimdən həkimlər pasiyentin bədənindən dəri köçürülməsindən istifadə edirdilər. İndiki dövrdə bu texnika böyük təkmilləşmələrlə saxlanılmışdır. Daha çox da, estetik cərrahlar autoimplant istifadəsinin mühümlüyünü vurğulayırlar, çünki donordan götürülmüş biomaterialın orqanizm tərəfindən qəbul olunmaması üçün böyük risk vardır. Burun rekonstruksiyası üçün qığırdağı cərrahlar pasiyentin ya qulaq, ya da qabırğa toxumalarından götürürlər.

     

    Unutmayın ki, təcrübəli və ixtisaslaşmış plastik cərrah seçimi uğurlu rinoplastika nəticəsinin rəhnidir. Mütləq sizə rinoplastika metodları və mərhələləri haqda hər şeyi söyləyə biləcək savadlı mütəxəssislə konsultasiya edin ki, o, burun quruluşunuzun xüsusiyyətlərini və fərdi tibbi  göstərişləri nəzərə alıb, daha effektli əməliyyat texnikasını seçsin. Bu sahədə mən plastik cərrah Mübariz Məmmədli və peşəkar komandama tam etibar edə bilərsiniz.


    Onlayn randevu al