DOVŞANDODAQLIQ VƏ ONUN CƏRRAHİ ÜSULLA MÜALİCƏSİ

Contents

    DOVŞANDODAQLIQ VƏ ONUN CƏRRAHİ ÜSULLA MÜALİCƏSİ


    Dovşandodaqlıq və qurdağızlıq bütün dünyada ən geniş yayılmış anadangəlmə uşaq anomaliyalardandır. Üst dodağın (dodaq yarığı) və ya damağın (damaq yarığı) natamam formalaşması həm ayrıca baş verə, hər də hər iki qüsur bir yerdə yarana bilər. Şərtlər ağırlıq dərəcəsinə görə dəyişə və ağızın bir və ya hər iki tərəfinə təsir edə bilər. Dodaq və ya damaq yarığının bərpası üçün cərrahi müdaxilə labüddür.

    Anomaliya diaqnozu hamiləlik dövründə ultrasəs müayinəsi vasitəsilə və ya doğumdan sonra qoyulur. Dovşan dodaqlılıq müalicəsi, onun səbəb olduğu nitq qüsurlarını, dişlərin vəziyyətini, üzün quruluşunu və eşitmə problemlərini aradan qaldırmağa xidmət edir. Müalicə prosesinə planlaşdırılmış müayinələr və uşaqlıq dövründən yetkinlik dövrünə qədər digər müxtəlif mərhələlər daxildir. Tələb olduğu halda, böyüklərdə də xüsusi müalicələrin aparılması mümkündür.

    Dovsandodaqlılığın səbəbləri

    Yarıq, yaxud ağızda üst dodaq və damaq bölünməsi gələcək uşağın inkişafında çox erkən baş verir. Döldaxili inkişaf zamanı bəzi üst dodaq və damaq komponentləri birlikdə normal böyüyə bilmir. Bəzi hallarda yarığın yaranma səbəbi sindrom ola bilər. Zərərçəkmiş uşaqların əksəriyyətində isə səbəb məlum olmur. Bu hallarda hesab edilir ki, yarıq mürəkkəb genetik və ekoloji amillərin qarşılıqlı təsirinin nəticəsidir.

    Dodaq yarığı və qurd damağının düzəldilməsi bu anomal inkişafın korreksiyası üçün istifadə edilən və dodaq, ağız funksiyalarının bərpası ilə bahəm daha normal xarici görünüşün yaradılması üçün nəzərdə tutulan cərrahiyyə növləridir. Çatların əksəriyyəti məxsusi plastik cərrahiyyə metodları yardımı ilə aradan qaldırıla bilər və pasiyentin yemək, danışmaq, eşitmək və nəfəs almaq qabiliyyətini yaxşılaşdırmağa kömək edər.

    Yarığın düzəlmə müddəti övladınızın fərdi vəziyyətindən asılıdır. Dodaq yarığının düzəldilməsi adətən 2 aydan 6 aya qədər olan yaşda uşaqların sağlıq durumundan asılı olaraq icra edilir.

    Damaq yarığı düzəldilməsi adətən dodaq yarığının düzəldilməsindən sonra ayrıca əməliyyatda, uşaq 9 aylıqdan 18 aylığadək olduqda, sağlıq durumundan asılı olaraq icra edilir. 

    Dodaq, yaxud damaq yarığı bərpası digər, ürək və ağciyər xəstəlikləri kimi həyat üçün daha təhlükəli olan problemlərin sağaldılması naminə təxirə salına bilər. Yarığın ağırlığından asılı olaraq, dodaq üçün plastır, ortodontik formalaşma (nazoalveolyar formalaşma) kimi əməliyyatöncəsi müdaxilələr, ya da mərhələli cərrahi metodlar tövsiyə oluna bilər.

    Zamanla maye toplanması müalicəsi üçün qulaq trubkaları, damaq bərpası üçün sümük plastikası və stomatoloji, yaxud dişləmənin yaxşılaşmaaı üçün çənə cərrahiyyəsi də daxil olmaqla, yarıqla əlaqəli başqa əməliyyatlar da tələb oluna bilər.
    dovşandodaqlıq əməliyyatı

    Əməliyyat necə həyata keçirilir?
    Anesteziya

    Bir çox hallarda cərrahiyyə prosedurları vaxtı yerli keyitmə tətbiq edilir. Damardaxili sedasiya (yuxugətirmə) və ümumi anesteziya seçimi də vardır. Seçim və qərar cərrah tərəfindən pasiyentdə uyğun olaraq edilir.

    Kəsik

    Dodaq yarığı cərrahiyyəsinin məqsədi dodaqdakı bölünməni bağlamaq və üst dodağın daha normal funksiyasını, struktur və xarici görünüşünü təmin etməkdir. Dəri, əzələ və ağızdaxili toxuma parçaları yaratmaq üçün yarığın hər iki tərəfindən kəsiklər edilir ki, onlar da sonradan yarığı örtmək və tipik dodaq və burun anatomiyası yaratmaq üçün birlikdə dartılaraq tikilir.

    Qurdağızlığın bərpası toxuma və əzələlərin diqqətli repozisiyasını tələb edir ki, yarığı örtmək və ağız qapağını bərpa etmək mümkün olsun. Hər iki tərəfdən kəsiklər edilir, bərk və yumşaq damaq toxumalarının repozisiyası üçün məxsusi parça texnikası istifadə edilir. Bu, dildə istifadə edilən yumşaq damaq vəziyyətinin dəyişməsini özündə ehtiva edir. Sonra plastır bir qayda olaraq orta damaq xətti boyunca yetərli damaq uzunluğunu təmin etməklə örtülü tikilir ki, normal qidalanma, nitq inkişafı və fasiləsiz böyümə təmin edilsin.

    Reabilitasiya (bərpa) dövrü

    Bəzən həkimlər reabilitasiya dövründə əmziklərdən və digər qablardan bir neçə gün uzaq durmağı tövsiyə edirlər. Adətən, əməliyyatdan sonra əlcəklərdən istifadə edilir ki, əməliyyat yeri sağaldığı müddətdə uşaq oraya toxunub zədələməsin.

    Əməliyyat sonrası istifadə olunan texnikadan asılı olaraq, dodaqdan tikişlərin sökülməsi tələb oluna bilər. Sağalma bir neçə həftə ərzində, sişkinlik çəkilənədək uzanır. Dodaqdakı çapıqlar sağalaraq yox olur. Əməliyyatdan sonra günəşdən ciddi qorunmaq lazımdır ki, yanlış çapıqların əmələ gəlməsinin qarşısı alınsın.

    Mən – plastik cərrah Mübariz Məmmədli dovşandodaqlıq əməliyyatı, həmçinin digər plastik-estetik və rekonstruktiv əməliyyatları Bakı və Azərbaycan üzrə peşəkar səviyyədə icra edirəm.


    Online appointment