Sinə böyütmə əməliyyatı

Sinə böyütmə əməliyyatı

Qadınlar arasında plastik cərrahiyyə sferasında ən məşhur və yayılmış  əməliyyatlardan biri döş böyütmə əməliyyatıdır. Qadınlar plastik cərrahiyyə klinikalarına süd vəzilərinin böyüdülməsi xahişi ilə çox müraciət edirlər.

Pasiyentlərin daha çox şikayətlərindən biri də doğuş və südvermə sonrası forma və həcmlərin itirilməsidir ki, bu halda sinə liftinqi problemi həll edir. Sinədə plastik əməliyyatlar arzuolunan estetik effektə nail olmağa və bununla da qadına komfort və özünəməxsus cazibədarlıq hissi bəxş etməyə imkan verən əməliyyatlardır.

Sinə böyütmə əməliyyatı qiyməti
Döş böyütmə əməliyyatı qiyməti bilavasitə əməliyyatın icra edildiyi metodikaya, habelə pasiyentin xüsusi tələblərinə görə dəyişə bilər. Ona görə də hər şeydən əvvəl əməliyyatın həyata keçirilmə metodikalarına nəzər salmaq lazımdır.

Submammar sinə böyütmə
Bu üsulda 4-5 sm uzunluğunda kəsik vəzinin altındakı qat yerindən keçir. Əməliyyat vaxtı plastik cərrah vizual olaraq əməliyyat gedişatını izləyə bilir, buna görə onu, ənənəvi olaraq, daha təhlükəsiz və pasiyentlər arasında ən populyar üsul hesab edirlər. 

Bu cür böyüdülmüş sinə zamanla bir az enir, daha təbii forma alır və sinəaltı qatdakı kəsiyi gizlədir. Çapıq zamanla solğunlaşır, nazik ağ xəttə çevrilir. Onu da qeyd etmək lazımdır ki, bu üsul mikromastiyası olan (çox kiçik sinəli) arıq qızlar üçün problemlidir. Çünki bu zaman çapıq əməlli-başlı görünəcək. Bu üsul böyüdücü mammoplastika üçün ənənəvi hesab edilir.



Periareol döş böyütmə
Periareol tip yanaşmada kəsik gilə areolu ətrafında, ya da areolun aşağı hissəsində aypara şəklində yerləşir. Bu üsul adətən gələcəkdə hamiləlik və südvermə planlaşdıran qadınlara tövsiyə olunmur. Çünki periareol üsulda süd vəzisinin tamlığı pozulur, baxmayaraq ki, cərrah çox ehtiyatla vəzini küt üsulla tərpətməyə cəhd göstərir. Bu metodun üstünlüyü odur ki, bu halda cərrahi müdaxilə izləri praktiki olaraq görünmür və areol (gilə) kənarı boyu yerləşir. Çapıq formalaşdıqdan sonra areolların tatuajını etmək olar.

Sinə plastik əməliyyatları praktikasında ən çox giləətrafı, yəni areol boyunca olan üsul istifadə edilir. Amma qoltuqaltı üsul daha maraqlı metoddur. Bu – çox fərqli üsuldur, çünki onun keçirilmə prosesində damarlar və “cib” vizuallaşması üçün endoskopik avadanlıq istifadə olunur. Texniki olaraq gözəl əməliyyatdır. Bu, pasiyent üçün də üstünlükdür. Çünki çapıq qoltuq altında gizlidir və əzələ altına silikon qoyarkən süd vəzi toxumalarına heç cür toxunmur, kənarlara çıxmır.

Endoskopik sinə böyütmə

Endoskopik sinə böyütmə metodikası daha mürəkkəb və yüksəktexnoloji hesab edilir. Bu halda əməliyyat bahalı endoskopik avadanlıq yardımı ilə həyata keçirilir ki, bu zaman implant qoyuluşunda damarlar və sinirlər vizuallaşdırılır, onların tamlığının pozulmaması mümkün olur. Bu halda 3-4 sm-lik kəsik qoltuq altında aparılır və çapıq praktiki olaraq görünməz qalır, zamanla solğunlaşır, qoltuğun təbii qatlarında gizlənir.

Bu üsul ənənəvi olaraq gələcəkdə hamiləlik və südvermə planlaşdıran qadınlara tövsiyə edili. Çünki süd vəzinin tamlığı pozulmur. Böyük sinə əzələsi altına yerləşdirilmiş implant vəziyə toxunmur. Metodun çatışmazlığı kimi qismən süd vəzilərinə endoprotezlərin “uzun yol” qət etməsini, həm də implant həcminin məhdud olmasını (400 ml-dən artıq olmaz) qeyd etmək olar. Əgər pasiyent 400 ml-dən artıq protezlər qoydurmaq istəyirsə, onda əməliytat ya gilə areolu boyunca, ya sinəaltı qatda, ya da ikietaplı – ekspander dermatenziya metodu ilə aparılır.

Espander dermatenziya ilə məmə böyütmə
Espander dermatenziya yolu ilə böyüdücü mammoplastika o halda aparılır ki, qoyulacaq (arzulanan) implantların həcmi yetərincə böyükdür, həm də sinə nahiyəsində özünəməxsus toxuma qıtlığı var. Bu üsulla dos boyutme emeliyyati espanderin yerləşdirilməsini 1,5-2 ay müddətinə nəzərdə tutur ki, o da tədricən süd vəzi toxumalarını ehtiyatla genişləndirir. Espander görkəmcə süd vəzi implantlarını xatırladır. Lazımi qədər genişlənmə olduqda istənilən üsulla arzuolunan ölçüdə endoprotez qoyulur. Beləliklə, əməliyyat iki etapda keçir. Toxumalar “hazır” olduğundan əməliyyat sonrası dövrdə ağrı sindromu az olur. Bu metod həmçinin həqiqi asimmetriyanı aradan qaldırmaq üçün də istifadə oluna bilər.

Göbəkdən endoskopiya ilə sine boyutme
Əvvəllər meme boyutme emeliyyati zamanı göbəkdən də endoskopik üsul tətbiq edilirdi. Amma süd vəzilərindən uzaq nöqtədə olduğuna və keyfiyyətli “cib” düzəltmək mümkün olmadığına görə, həm də tez-tez protez “axıntısı”na görə indi tətbiq olunmur. Göbək vasitəsilə olan üsulda etibarlı silikon endoprotez qoymaq çox çətindir. Ona görə də plastik cərrahlar təbəqəli (üzlüklü) protezlər istifadə edirdilər və cərrahi müdaxilənin yekununda onları fiz. məhlul komi maye ilə doldururdular. Deyilən üsul daha çox elmi xarakter daşıyır.

Reabilitasiya (bərpa) dövrü
Cərrahi müdaxilədən sonra pasiyent klinikada 2-3 sutka keçirir, sonra evə yazılır, amma sarğıya gəlir. Məmə böyütmə əməliyyatından sonra pasiyent mütləq 1-1,5 ay ərzində kompressiyaedici alt paltarı geyməli, həm də yuxarı çiyin nahiyəsinə fiziki gərginlikdən çəkinməlidir. Ağırlıq qaldırmaq qadağandır, qolları yuxarı qaldırmaq tövsiyə edilmir. Bu müddətdə hovuza, saunaya, hamama, fitnes kluba getmək qadağandır. Kürəyi üstə yatmaq yaxşıdır.

Əməliyyat sonrası ilk 4-8 həftədə qoyulmuş endoprotezlərin ətrafında kapsullar formalaşmağa başlayır və ağırlaşmalardan qaçmaq üçün həkimin bütün təyinatlarına əməl etmək lazımdır. Əməliyyatdan sonra şişkinlik yalnız 4-6 həftə sonra tamamilə yoxa çıxır, sinə bir qədər enir, daha təbii forma alır.

Yarana biləcək fəsadlar
Hər cərrahi müdaxilədə olduğu kimi, böyüdücü mammoplastikada da çirklənmə, hematoma və digər spesifik ağırlaşmalar, məsələn, implantın yerdəyişməsi, kapsulyar kontraktura mümkündür. Amma bu fəsadları önləmək və vaxtında aşkar etmək üçün profilaktik müayinələr var ki, buradə cərrah yaranın sağalma prosesini və implantın bitişməsini izləyir. 

Ağırlaşmalardan daha pisi implantın çıxarılması ilə periprotez infeksiyadır.  Amma əməliyyat sonrası dövrdə pasiyentin düzgün davranışı fəsadların inkişaf ehtimalını minimuma endirir. Təbii ki, bu məqamda plastik cərrahın savadı və təcrübəsi və peşəkarlığı da olduqca önəmlidir.

Mən plastik cərrah Mübariz Məmmədli öz professional komandamla birgə Azərbaycan və Bakı üzrə sinə böyütmə və digər estetik-plastik əməliyyatları peşəkar səviyyədə həyata keçirirəm. Könül rahatlığı ilə mərkəzimizə müraciət edə bilərsiniz.

Online appointment

AZE_FLAG +994