Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Əməliyyatsız blefaroplastika
Yaş dəyişikliklərinə ilk məruz qalan nahiyələrdən biri də göz ətrafındakı nazik dəridir. Yaş ötdükcə bu nahiyədə cığır və qırışlar yaranır. Göz qapağı altında damar mənzərəsi daha aydın nəzərə çarpır. Qaşlar və göz küncləri sallanır. Bu dəyişiklikləri ləğv etmək üçün ən effektiv üsul blefaroplastika və ya göz qapağı əməliyyatı sayılır. Lakin bəzən pasiyentlər əməliyyatdan çəkindikləri üçün bu prosedurun qeyri-cərrahi üsulunu axtarırlar. Əməliyyatsız blefaroplastika dedikdə isə daha çox lazer blefaroplastika nəzərdə tutulur. Bu üsulun qiyməti də cərrahi yolla blefaroplastika emeliyyati qiymeti ilə müqayisədə daha aşağıdır.Lazer blefaroplastika nədir ?
Lazerlə emeliyyatsiz blefaroplastika – gəncləşdirmə və göz qapağı dərisinin yığılmasıdır. Bu, mahiyyətcə üst/alt göz qapağı hamarlanmasıdır.İnsan dərisi zülal törəməsidir. İstənilən zülal isə temperatur təsiri altında yığılır. Məsələn, bir tikə toyuq temperatur təsirinə məruz qaldıqda dərisinin necə gərildiyini hamımız görmüşük. Ancaq dərini təkcə isitmək azdır. Onu perforasiya etmək də lazımdır ki, sahəsini kiçildib, gəncləşdirmə və bərpa prosesinə başlanılsın. Bu – fraksiyalı lazer hamarlama adlanır.
Yönəldilmiş işıq şüası dəriyə nüfuz edərək, sanki mikrokanalcıqları yandırır. Lazerin təsir etdiyi yerlərdə toxuma və hüceyrəarası maye buxarlanması baş verir ki, bu da liftinq və dəri parçasının yığılması effektinə, həmçinin regenerasiya prosesləri başlanmasına gətirib çıxarır.
Məhz yüksək temperaturlu lazer təması ilkin üst göz qapağı dəri sahəsini ixtisar etməyə və onun sallanmasını azaltmağa imkan verir. Əgər artıq dəri lap çoxdursa, onda burada lazer gücsüzdür. Onu yalnız cərrahi üsulla kəsib götürmək lazımdır.

Emeliyyatsiz blefaroplastika necə keçirilir?
Müasir kosmetologiyada gəncləşdirmə prosedurları üçün ən çox fraksiyalı təmas metodikası istifadə olunur. Bu zaman lazer şüası bütün dəri səthini tam xətt üzrə deyil, nöqtəbənöqtə işləyərək hərəkət edir. Bu əsnada mikroquyular əmələ gəlir və dəridə vizual olaraq ağ nöqtə toru kimi üzə çıxır. Bu, buxarlanmış quru dəri zülalları: kollagen və elastin qalığıdır.Temperaturdan (istilikdən) dəri yığılır. Təmas yerlərində yeni dəri strukturlarının regenerasiya prosesi başlayır. Mahiyyətcə, yenidən kollagen və elastinlə bərpa edilmiş təzə gənc dəri yaranır.
Əməliyyatla, yoxsa əməliyyatsız blefaroplastika daha yaxşıdır?
Təcrübəli həkim və plastik cərrah kimi onu deyə bilərəm ki, lazerlə blefaroplastika heç vaxt cərrahi blefaroplastika əməliyyatı qədər effektiv və uzunmüddətli ola bilməz. Peşəkar həll istəyən pasiyentlər yalnız və yalnız plastik əməliyyata üz tuturlar. Onu da qeyd etmək lazımdır ki, peşəkar iş istəyən pasiyent öz işinin ustası olan və illərin təcrübəsini qazanmış plastik cərraha müraciət etməlidir.Mən plastik cerrah Mübariz Məmmədli Azərbaycanda, Bakıda blefaroplastika və estetik-plastik əməliyyatları peşəkarcasına icra edirəm.