Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
RİNOPLASTİKA AĞRILI ƏMƏLİYYATDIRMI?
Pasiyentlərimin mənə tez-tez ünvanladığı suallardan biri də rinoplastika əməliyyatının ağrılı olub-olmaması məsələsidir. Bu sualın cavabına bu məqaləmdə yer ayırmışam. Amma əvvəlcə rinoplastika əməliyyatının nə olduğu, hansı şərtlərlə və hansı hallarda icra edildiyi haqqında danışmaq istəyirəm.
Rinoplastika əməliyyatı nədir?
Rinoplastika burunun anadangəlmə, yaxud qazanılma travmalarından yaranmış deformasiyaların aradan qaldırılması məqsədilə icra edilən və insan üzünün cizgiləri ilə harmonik olan təbii burun formalaşdırılmasına yönələn əməliyyatdır.
Rinoplastika ayrıca, ya da xroniki burun tıxanıqlığı yaradan burundaxili anatomik problemlərin aradan qaldırılması əməliyyatları ilə birgə aparıla bilər. Bu plastik əməliyyat həm burun formasının yaxşılaşdırılmasını, həm də burun tıxanıqlığının aradan qaldırılmasını təmin edir.
Rinoplastika əməliyyatlarının əsas məqsədi sərbəst nəfəs alacaq və təbii şəkildə insan üzü cizgiləri ilə harmoniya təşkil edəcək yeni burun yaratmaqdır.
Bunun üçün burun estetikası üzrə hər bir əməliyyat fərdi planlamaya uyğun aparılmalıdır. Rinoplastika zamanı pasiyentlərin burnunda ediləcək dəyişikliklər, bu dəyişikliklərin dərəcəsi və əməliyyat zamanı tətbiq ediləcək metodlar fərdi qaydada fərqlənə bilər. Bax buna görə rinoplastika əməliyyatları öncəsi planlama prosesi çox mühümdür.
Rinoplastika ilə burunda hansı dəyişikliklər edilir?
İnsanın üzü, burnu və dəri strukturu təhlili nəticələrini dəyərləndirərək planlaşdırılan rinoplastika əməliyyatı zamanı aşağıdakı dəyişikliklər icra edilə bilər:
• Burunun daraldılması, yaxud genişləndirilməsi;
• Burun deşikləri kiçildilməsi;
• Burun sümüyünün korreksiya edilməsi;
• Burun ucunun düzəldilməsi: qaldırılması, yaxud korreksiyası.
Bu dəyişikliklərin icrası gözəl, harmonik, təbii görünəcək burun yaradılmasını təmin edir. Burun formasında dəyişikliklər zamanı burunun tənəffüs funksiyalarını dəstəkləmək və ya korreksiya etmək də zəruridir.
Rinoplastika əməliyyatı ağrılı prosesdirmi?
Çoxları rinoplastika əməliyyatının ağrılı bir proses olduğunu güman etsə də, bu, yanlış düşüncədir. Qeyd etmək lazımdır ki, müdaxilə yalnız ümumi anesteziya altında aparılır, pasiyent bu vaxt heç bir şey hiss etmir. Narkozdan çıxdıqdan sonra narahatlıq və ağrı hislərinin intensivliyi və müddəti fərdi olaraq dəyərləndirilir.
Ağrılardan, plastik əməliyyatın mürəkkəbliyindən, kəsiklərin xarakteri və sayından, burun toxumalarındakı manipulyasiyalardan asılıdır. Bir qayda olaraq, rinoplastika sonrası xoşagəlməz hisslər pasiyentlər tərəfindən tamamilə dözülən hesab edilir və 2-3 gündən artıq qalmır. Əgər ağrı güclü narahatlıq verirsə, həkim reabilitasiya dövrünü yüngülləşdirəcək ağrıkəsicilər təyin edir.
Rinoplastika əməliyyatı üçün analizlər
Rinoplastika keçirilməsinə əsas tələb – ümumi sağlamlıq vəziyyəti və mümkün əks göstərişləri üzə çıxarmaqdır. Digər əməliyyatlar kimi rinoplastika əməliyyatının da icra edilməsindən əvvəl bir sıra vacib analizlər verilməlidir ki, ağrı, həmçinin digər fəsadlar minimuma ensin. Həmin analizlər aşağıdakılardır:
• Qanın ümumi analizi;
• Qanın biokimyəvi analizi (ümumi zülal, ALT, AST, ümumi bilirubin, kreatinin, sidik cövhəri, qlükoza, elektrolitlər) ;
• Sidiyin ümumi analizi;
• Qan qrupu və rezus-faktor analizi;
• Qanda İİV, sifilis və B və C hepatitləri (HBsAg, HCV) analizi;
• Qanda koaquloqram analizi;
• EKQ;
• Flüroqrafiya.
Əməliyyata hazırlıq barədə nəticəni terapevt verir. Uyğun xəstəliklər mövcuddursa, profol mütəxəssisisi ilə konsultasiya tələb olunur. Narkoza hazırlıq üçün anestezioloqa da baş çəkmək lazımdır.
Reabilitasiya (bərpa) dövrü necə keçməlidir?
Qeyd etmək lazımdır ki, rinoplastikadan dərhal sonra ilk günü pasiyent stasionarda keçirməlidir. Burundan axıntılar və şişkinliklər mümkündür. O, təkcə burun nahiyəsinə deyil, göz qapaqlarına da yayılır. Gipsi 1-2 həftə sonra çıxarmaq lazımdır. Rinoplastika sonrası bərpa orta hesabla 1 aya qədər çəkir.
Bu müddət müdaxilə miqyası və pasiyentin sağlamlığına, baxım xüsusiyyətlərinə görə dəyişir.
Rinoplastika vaxtı yalnız yumşaq toxumalar işlənibsə, reabilitasiya əməliyyatdan sonra 1-2 həftə sürür. Sümüyə toxunulubsa, reabilitasiya daha uzun çəkir. Rinoplastika sonrası idman 6-12 həftəliyə məhdudlaşır. Rinoplastikadan sonra boksla məşğul olmaq əməliyyatın mürəkkəbliyindən asılıdır.