Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
MAMMOPLASTİKA ƏMƏLİYYATI VƏ SÜDVERMƏ
Plastik əməliyyata hazırlaşan qadınlar gələcəkdə süd verə bilməyəcəklərinə görə həyəcan keçirirlər. Mammoloqlar təsdiq edirlər ki, əksər pasiyentlərdə uşağa südvermə ilə bağlı heç bir problem yaranmır. Lakin nəzərə almaq lazımdır ki, südvermə imkanına cürbəcür amillər təsir göstərə bilər.
İmplantlar və südvermə
Müasir implantlar təhlükəsizdir, südə mənfi təsir etmir. Amma plastik əməliyyatın aparılma nüansları südvermənin müddətinə və uğurlu olmasına təsir göstərə bilər.
Kəsik tipi
Plastik cərrah sinə dərisini bir neçə metodla yara bilər. Periareolyar kəsik areol nahiyəsinin xarici (çöl) kənarı boyunca həyata keçirilir. Bu kəsik tipində döş giləsi və süd vəzilərinin sinir uclarının zədələnməsi ehtimalı vardır. Südvermə prosesində qadın ağrı hiss edə bilər.
Daha təhlükəsiz variant: transaksillyar kəsik olub, süd vəzi kənarında, yaxud qoltuqaltı çökəkdə yerinə yetirilir.
Ən təhlükəsiz giriş – sinəaltı submammar qatda olan girişdir. Bu cür giriş zamanı süd vəzi toxuması zədələnmir. Südvermə planlaşdırılırsa, belə yanaşma ən bəyəniləndir.
İmplantı yerləşdirmə metodu
İki cür implant yerləşdirmə üsulu var: sinə əzələsinin altında, yaxud üstündə.
Süd vəzi üstündə yerləşən implant süd sekresiyasına mane ola bilər. Amma hipoqalaktiya o demək deyildir ki, körpə ac qalacaq. Daha təhlükəsiz südvermə metodu implantı əzələ altında yerləşdirməkdir.
Bərpa müddətinin uzunluğu
Hamiləlik vaxtı qadın orqanizmi dəyişikliklərə məruz qalır. Orqanizmin sağalma və özünübərpa qabiliyyəti zəifləyir. Hamiləlikdən uzun müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmış qadınların südvermə ilə bağlı problemləri olmur. Bilavasitə hamiləlik öncəsi plastik əməliyyat keçirmək tövsiyə edilmir. Hamiləlik vaxtı tikişlərin aralanması, implantların yerdəyişməsi riski də artır.
Südvermə üzrə mütəxəssislər həm də toxumaların sağalma sürətinə diqqət etməyi məsləhət görürlər.
Cərrahi müdaxilədən az sonra hamilə qalan qadınların süd vəzilərini nəzarətdə saxlaması çox vacibdir. Məxsusi qulluq vasitələrinin tətbiqi, gündəlik bandaj geyilməsi ağırlaşmaları önləməyə imkan verir. İstənilən halda yadda saxlamaq lazımdır ki, mammoplastika südvermə üçün əks göstəriş hesab olunmur.
Digər tip plastik əməliyyatlar sonrası qadın süd verə bilərmi?
Düzgün aparılmış cərrahi əməliyyat, sinədə dərigərmə müdaxiləsi qadının südvermə qabiliyyətinə heç cür mənfi təsir göstərmir. Gərmə sinəni dikləşdirməyə imkan verir. Əməliyyat prosesində plastik cərrah süd vəzilərindən artıq dərini kənarlaşdırır.Sinə kiçiltmə əməliyyatı keçirmiş qadınlar da tez-tez sonradan südvermənin mümkün olub-olmayacağını soruşurlar. Axı əməliyyat zamanı cərrah təkcə artıq dərini və piyi deyil, həm də əlavə dilimləri götürür. Südvermə prosesinin özü mümkün olaraq qalır, amma hipoqalaktiya inkişafı riski vardır.
Sinə dikləşdirmə, yaxud rezeksiya (kəsmə) halında süd vəzilərinə yad elementlər yeridilmir, ona görə də süd sintetik komponentlərin təsirinə məruz qalmır.
Təcrübəli plastik cərrah hər tip əməliyyatın üstünlük və çatışmazlıqlarını pasiyentə aydın şəkildə başa salır. Ağırlaşma və fəsadlardan qaçmaq üçün böyük iş təcrübəsi olan sınanmış plastik cərrah seçilməlidir.
