Contents
- Endoscopic Deep Plane Facelift & Advanced Facial Rejuvenation
- Modern Plastic Surgery
- Alın Germe — Gənc və Açıq Baxış üçün Müasir Həll
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
BURUN QANADLARI KORREKSİYASI
Burun qanadları korreksiyası nədir?
Burun klapanı burun boşluğunun ön (kaudal) şöbəsində yerləşir və onun ən dar hissəsidir. Bu klapan ön burun çəpəri şöbəsi, alt burun balıqqulağının ön qurtaracağı və üstlateral (üçbucaq) burun qığırdağının alt kənarından yaranmışdır.Burun klapanı strukturunun deformasiyası onun daralmasına və ya kollapsa gətirib çıxarır. Bu isə öz növbəsində ən çox rast gəlinən çətin burun tənəffüsü səbəblərindəndir. Belə hallarda pasiyenti əsasən çətin nəfəsalma narahat edir. Burun klapanı daralmasının müalicə metodu rinoplastik əməliyyatının bir hissəsi olan burun qanadları korreksiyası adlanan cərrahi müdaxilələr kompleksidir. Bu əməliyyat çox zaman rinoplastika əməliyyatının tərkibində icra edilir.
Burun qanadları korreksiyası əməliyyatına göstərişlər
Əsasən nəfəsalmada birtərəfli burun tənəffüsünü çətinləşdirən burun klapanı darlığı.Burun klapanı darlığı nəticəsində kəskin sinusit residivlərinə yol açan və kəskin sinusitin xronikiləşməsinə gətirən burun tənəffüsü çətinləşməsi.
Burun qanadları korreksiyası əməliyyatı necə həyata keçirilir?
Burun qanadları cərrahi korreksiyası endotraxeal narkoz altında həyata keçirilir. Əməliyyat ehtiyatla, burun boşluğunun dəyişilməz strukturunun qorunması şərti ilə aparılır. Korreksiya burun boşluğunun tamponlaşdırılması ilə yekunlaşır.