Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Bişektomiya nədir?
Bişektomiya biş topalarının lazer yardımı ilə götürülməsidir. Lazer şüası koaqulyator xüsusiyyətlərinə malikdir. Yəni qan itkisini önləyərək, anında damar və kapilyarları bağlayır. Bu əməliyyatdan sonra ağırlaşmalar olmur və dəri regenersiyası sürətlə baş verir. Nəticədə düzgün, şax, dəqiq çəkilmiş üz konturu əldə edilir.
Bişektomiya əməliyyatı 30 yaşa qədər aparıla bilər. 30 yaşdan sonra isə bu əməliyyat üz gərmə əməliyyatı ilə birlikdə icra edilir. Çünki bu yaşdan sonra təkcə bişektomiya həyata keçirilərsə, üzdə sallanmalar meydana gələ bilər. Bişektomiya əməliyyatı həm koaqulyator, həm də lazerlə icra edilir.
Bişektomiya. Göstərişlər
Biş yığınları orqanizmin normal funksiya göstərməsinə mane olmur, bunagörə onların götürülməsinə tibbi göstərişlər yoxdur. Piy torbalarının götürülməsi həmişə estetik göstərişlərə görə pasiyentin istəyi ilə keçirilir. Onların rezeksiyası o hallarda göstərişdir ki, yanaq həcminin kiçildilməsi xarici görünüşdəki çatışmazlıqları korreksiya etməyə kömək etsin. Onlara aiddir:
- Piy yığınlarına görə vizual olaraq enli görünən yumru sifət;
- Üzün böyük aşağı hissəsi;
- Görünən almacıq sümükləri və üzün relyef cizgilərinin olmaması.
Əməliyyata əks göstərişlər
Bişektomiya 25 yaşa qədər aparılmır. Bu müddətədək orqanizmdə böyümə prosesləri gedir. O cümlədən, üz toxumaları böyüyür, üzərindəki piy təbəqəsi kiçilir. Buna görə ehtimal var ki, 25-26 yaşlara doğru Biş yığınları öz-özünə keçsin. Bundan başqa, plastik cərrahlar artıq çəki və çəki çatışmazlığı zamanı, bədən çəkisinin mütəmadi kəskin oynamalarında dəyişimlərində yağ torbalarının
rezeksiya edilməsini tövsiyə etmirlər.
Nisbi əks-göstərişlər
- Hamiləlik, südvermə dövrü;
- Menstruasiya;
- KRX, KRVX;
- Manipulyasiya bölgəsində iltihabi proseslər.
Digər cərrahi müdaxilələr kimi Biş yığınlarının götürülməsi də bu hallarda qəti qadağandır:
- Dekompensasiya mərhələsində olan müxtəlif orqan və sistem xəstəlikləri;
- Ağır qan laxtalanması pozuntuları;
- Aktiv vərəm;
- Bədxassəli şişlər;
- Mental pozuntularla psixi xəstəliklər.
Bişektomiya əməliyyatı necə keçir?
Əsas metodlar
Əksər hallarda yağ torbaları yanağın daxili tərəfindəki kəsikdən götürülür. Bəzən üzdə kompleks plastik müdaxilələr aparıldıqda Biş yığınları bayır kəsiklərdən də götürülə bilər.
Əməliyyata hazırlıq
Bişektomiya əməliyyatı ehtiyatla və yalnız mütəxəssis cərrah tərəfindən həyata keçirilməlidir. Prosedura hazırlıq özündə standart analiz və müayinələrin keçirilməsini birləşdirir. Onlara aiddir:- Ümumi qan analizi;
- Qanın biokimyası;
- Koaquloqramma;
- HİV, RW qan analizi;
- Virus hepatitlər;
- Ümumi sidik analizi;
- Terapevt konsiltasiyası;
- EKQ;
- FLQ.
Reabilitasiya dövrü
Bişektomiyadan dərhal sonra və 1-3 gün boyunca ağrılar, əməliyyatnahiyəsində şişkinlik artır, çeynəmə, udma çətinliyi olur. Həkim təyinatına görə yanaqlara soyuq kompress qoymaq, ağrıkəsici vasitələr qəbul etmək olar. Plastik cərrah tikişlərin sökülməsi və yoxlama baxışının vaxtını təyin edir, adətən, bu, 5-7 gün sonra olur.
7-10 gün ərzində əməliyyatdan sonra arxası üstə, hündür balışda yatmaq tövsiyə olunur. Bu, şişkinliyin azalmasına xidmət edir. Bu dövrdə üz əzələlərinə təzyiqi azaltmaq lazımdır: duru, yumşaq qida yeməli, fəal mimika və ucadan gülüş istisna edilməlidir. Ümumi fiziki yükü məhdudlaşdırmaq, hamam, sauna, solyariyə getməmək, çox isti və soyuq içəcəklərdən, ədvalı yeməklərdən, alkoqol və
siqaretdən imtina etmək lazımdır.
Şişkinlik, ağrı hisləri əməliyyatdan sonra 2-3 həftəyə qədər sürə bilər, lakin onlar kəskin olmayacaqdır. Biş yığınları götürülməsi nəticəsi əsas şişlər çəkildikdə, 1-2 ay sonra dəyərləndirilə bilər.
Mən estetik cərrah Mübariz Məmmədli öz komandamla birlikdə Azərbaycan və Bakı üzrə bişektomiya və digər plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.
