Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Ayaq gərmə əməliyyatı
Ayaq gərmə əməliyyatı nədir?
Ayaq gərmə, bud gərmə və ya femoroplastika – bud nahiyəsində gərilmə məqsədi ilə edilən cərrahi müdaxilədir. Bu əməliyyatda həmin nahiyədə əzələ və dəri yerdəyişməsi yolu ilə budun çöl və içəri hissəsi korreksiya edilir. Bir qayda olaraq, əməliyyatdan sonra pasiyentlərdə bud həcmi 7-10 sm kiçilir. Budların xarici görünüşündə nəzərə çarpan gözəlləşmə əldə etmək, düzgün bədən cizgiləri qazanmaq, gəzən zaman ayaqların bir-birinə sürtülməsindən qurtulmaq olur.Ayaq gərmə üçün göstərişlər
Bir qayda olaraq, femoroplastikaya üz tutan pasiyentlər bu problemləri həll etmək istəyirlər:- Bud nahiyəsində ptoz;
- Budun iç səthində sallanmalar;
- Hədsiz piy yığıntıları;
- Bud dərisində qatlar, uzanmalar və tonusun olmaması.
Femoroplastika üçün əks-göstərişlər
Bud gərmə əməliyyatına aşağıdakı əks-göstərişlər mövcuddur:- Kəskin infeksiyalı xəstəliklər;
- Kəskinləşmə dövründə xroniki xəstəliklər;
- Xərçəng şişlərinin olması;
- Qan laxtalanması pozuntuları;
- Polivalent allergiya;
- Dekompensasiya mərhələsində şəkərli diabet;
- Hamiləlik və südvermə.
Ayaq gərmə əməliyyatı necə həyata keçirilir?
Ayaq gərmə əməliyyatı ümumi narkoz altında aparılır. Əməliyyat müddəti 3 saatdan çox deyil. Əgər daha çox nəzərə çarpan effekt əldə etmək üçün plastik cərrah və pasiyent tərəfindən eyni vaxtda liposaksiya etmək də qərara alınıbsa, müddət uzana bilər.İlk olaraq estetik cərrah pasiyentin bədəninə xüsusi işarələr çəkir. Sonra dəri artıqlarının götürülməsi aparılır, burada 2 metodika mümkündür:
1. Popo altı qatdan qasığa qədər olan medial kəsik yardımı ilə. Bu metodika ilə edilmiş əməliyyat sonrası tikişlər təbii bədən qatlarında gizli qalır.
2. T-şəkilli kəsik yardımı ilə. Bu metodika əhəmiyyətli şəkildə piy və dəri artıqlarını kənarlaşdırmağa kömək etsə də, təbii bədən qatlarının gizlətmədiyi əməliyyat sonrası çapıq çatışmayan cəhət ola bilər.
Reabilitasiya (bərpa) dövrü
Əməliyyatdan sonra pasiyentə kompressiyaedici geyim geydirilir və 1 ay geyinməsi tələb olunur. Tikişlər 2 həftə sonra sökülür.Femoroplastikadan sonra reabilitasiya dövrü 4-6 həftə davam edir. Bu vaxt ərzində həkimin bütün tövsiyələrinə əməl etmək, fiziki gərginlikdən, hamam və saunaya getməkdən çəkinmək, həmçinin kompressiyaedici geyim geyinmək vacibdir.
Mən plastik cərrah Mübariz Məmmədli və peşəkar komandam Azərbaycan və Bakı üzrə ayaq gərmə və digər estetik-plastik əməliyyatları yüksək səviyyədə icra edirik.
