Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
“Tülkü gözləri” proseduru nədir və Bella Eyes necə edilir?
Blefaroplastika bu an üçün ən aktual plastik və kosmetoloji əməliyyatlardan biridir. Ona görə ki, gözətrafı dəri çox nazikdir və yetərincə sürətlə genişlənir. Bu isə öz növbəsində ona gətirib çıxarır ki, ilkin qocalıq əlamətləri – mimik qırışlar, üst və alt göz qapaqları dərisinin sallanması, aşağı göz künclərinin enməsi, “piy torbaları” və digər heç də xoş olmayan dəyişikliklər ilk növbədə bu nahiyədə əmələ gəlir.
Bu gün blefaroplastika müxtəlif metodlarla aparılır, lakin son bir neçə ildir ki, “tülkü gözləri” xüsusi populyarlıq qazanıb. Bu trendin günahkarı (səbəbkarı) model Bella Hadiddir.
Plastik cərrahlar üst göz qapağının kənar küncünü qaldırıb, gicgahlara doğru bir qədər dartaraq onun üzünü tam bir mükəmməlliyə qovuşdurdular. Bu üsulla onlar daha badamı göz kəsiyinə nail oldular, Bella Hadid baxışı isə hiyləgər, bir az yırtıcı qıyılma əldə etdi. Bu çalışmalardan sonra alınmış nəticənin uğur qazanması, əlbəttə ki, təəccüblü deyil.
Bella Eyes-a necə sahib olmalı?
“Yırtıcı baxış”, yaxud “Bella Eyes”ı plastik cerrahiyye yolu ilə yaratmaq olar, onlar isə bir neçədir, onlar kosmetoloji müdaxilələrdən fərqli olaraq daha effektivdir.
Cərrahi əməliyyat effekti 3-7 il ərzində, bəlkə, bir az da artıq sizinlə olacaq, hər şey sizin orqanizm və dərinizdən asılıdır. Bu metodla plastik cərrah tərəfindən başın tüklü hissəsində xüsusi avadanlıqla kəsik edildikdən sonra endoskopiya aparılır və qaşın yan hissəsi dartılır. Fiksasiya metodikası çox müxtəlif olur. Amma ən çox fiksasiya olaraq endotinlər – mini-plastinlər istifadə olunur ki, onlar da üzün problemli bölgələrində aktiv dəri dartılmasına imkan verir.
Kantoplastika
Kantoplastikanın variantlarından biri budur ki, plastik cerrah gözün xaric küncündəki dərini yüngülcə kəsir, bununla da onu daha uzunsov edir. Çox həkimlər bu metodu güclü yaxıngörmə və yüksək təzyiqi olan adamlara məsləhət görmürlər. Bu əməliyyatdan sonra orta reabilitasiya dövrü 20 günə çata bilər.Yuxarıda qeyd olunan bütün manipulyasiya və cərrahi müdaxilələrə yalnız 18 yaşından etibarən üz tutmaq olar. Bu məhdudiyyət təkcə hüquqi məqamlarla deyil, fiziologiya ilə də əlaqədardır. İş bundadır ki, yetkinlik yaşına çatmayanlarda sümük strukturları sonadək inkişaf etməyib, ona görə də cərrahi müdaxilə xoş olmayan fəsadlara gətirib çıxara bilər.
İstənilən metodun seçilməsi zamanı digər əks göstərişlərə plastik cərrahın şəxsi konsultasiyasında aydınlıq gətirilir. Xüsusi göstərişlər olmadan estetik əməliyyat planlaşdırarkən həkim məsləhətinə qulaq asın.
