Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Üz dərisi yaş artdıqca böyük dəyişikliklərə məruz qalır. 35 yaşdan sonra üzün yaşlanma və bürüşməsinin görünən əlamətləri üzə çıxmağa başlayır. Bu cür dəyişikliklər tədricən baş verir və dərhal görünən olmur. Kollagen istehsalı dayanır, dərinin elastikliyi get-gedə aşağı düşür.
Dərinin təbii və sağlam vəziyyətinin dəstəklənməsi üçün çox pasiyentlər cürbəcür prosedurlara əl atırlar. Əgər siz dərinizin vəziyyətində ciddi dəyişikliklər görürsünüzsə, güzgüdə öz əksiniz xoşunuza gəlmirsə, dəri vəziyyətinin daha da pisləşməsini, dərin qırışların və aşkar yaşlanma əlamətlərinin əmələ gəlməsini gözləmək lazım deyil. Üz dərisinə qulluğa, cürbəcür yaş əleyhinə prosedurlara nə qədər erkən başlasanız, üz dərisinin təravətini və gəncliyini o qədər uzun müddət qoruyub saxlaya bilərsiniz. Məqalədə üz cavanlaşması üçün həyata keçirilən 7 üsula aydınlıq gətirilmişdir.
Üz pilinqi
Üz pilinqi dəri gəncləşməsi və dəri qüsurlarının ləğvi (akne sonrası izlər, piqmentasiya, çapıqlar) üçün ən populyar kosmetoloji prosedurlardan biridir. Pilinq üz dərisinin buynuz təbəqəsi hissəsinin ləğvinə xidmət edir ki, bunun sayəsində də regenerasiya prosesi və dəri yenilənməsi baş verir. Prosedurdan sonra dəri təmizlənir və turqor yaxşılaşır.
Üz masajı
Üz masajı üz konturu korreksiyası, əzələ toxuması və dəri örtüyü işlənməsi üçün təsirli prosedurdur. Xüsusi masaj texnikaları yardımı ilə:
- Üz çevrəsi dartılır, aydın kontur əldə edilir;
- Üz qırışları hamarlaşır;
- Üz sağlam rəng alır, tonus və elastiklik artır.
Üz üçün biorevitalizasiya
Üzün biorevitalizasiyası quruluq və qabıqlanmanın öhdəsindən gəlməyə, xırda qırışlardan və dəri bürüşüklüyündən xilas olmağa imkan verir. Prosedur hialuron tərkibli infeksiya yeridilməsi yolu ilə aparılır. Belə iynələr müxtəlif yaş qüsurları və dəri dəyişikliklərinin öhdəsindən gəlməyə imkan verir, dərini nəmləndirir və liftinq effekti göstərir. Prosedurdan sonra dəri hamar, elastik, sağlam və parlaq olur.

Üz üçün mezoterapiya
Mezoterapiya seansı xüsusi preparatların – hialuron turşu əsaslı mezokokteyllər və aktiv maddələrin dərin inyeksiya şəklində yeridilməsini ehtiva edir. Prosedur dəri vəziyyətinə sağlamlaşdırıcı təsir göstərir, cürbəcür dəri natamamlıqlarının öhdəsindən gəlməyə və hüceyrə örtüyünün təbii yenilənməsini stimullaşdırmağa imkan verir.
Botulotoksin inyeksiyaları
Botulotoksin və ya botoks mimik qırışlar və spazmların hamarlaşdırılması, üz əzələlərinin blok edilməsi üçün təsirli üsuldur. Bu preparatın yeridilməsi sayəsində üz əzələləri yığılır, dəri isə qırışmağı dayandırır ki, bununla da hamar dəri effekti yaranır. Hialuron turşusu kimi botulotoksin də vaxt keçdikcə parçalanır, ona görə də effektin qorunması üçün inyeksiyanı təkrarlamaq tələb olunur.
Rf-liftinq
Radiodalğalı liftinq bir neçə seansda aparılır. Prosedur özündə dəri örtüyünün radiotezlikli şüalanma təsiri altında isidilməsini ehtiva edir. Bu an dəri hüceyrələrinin təbii regenerasiya prosesi işə düşür. Prosedur toxumalara travmatik təsir göstərmir, nüfuzetmə dərinliyi isə dəri xüsusiyyətlərindən və mövcud problemdən asılı olaraq, mütəxəssis tərəfindən fərdi şəkildə seçilir.
Üz gərmə əməliyyatı
Üzün gəncləşməsi üçün yuxarıda sadalanan 6 üsulun hər birinin özünəməxsus effektivliyi olsa da, onların hər biri müvəqqətidir. Üz cavanlaşması üçün ən effektiv və qalıcı üsul isə, heç şübhəsiz ki, üzün cərrahi üsulla gəncləşdirilməsi, yəni üz gərmə əməliyyatıdır.
Üz gərmə əməliyyatı bütün yaş dəyişikliklərini aradan qaldırır, üzə kontur dəqiqliyi verir, cazibədarlığı qaytarır. Bu əməliyyat geniş plastik əməliyyatlar spektrini özündə birləşdirir. Cərrahi feysliftinqin aparılması 40 yaşdan yuxarı kişi və qadınlara tövsiyə olunur. Üz gərmə əməliyyatı üzü 10-15 yaş cavanlaşdırmağa qadirdir.