Contents
- Waist Slimming Surgery Without Rib Removal In Baku
- Scars After a Deep Plane Facelift, Why They Heal So Well
- Facelift Alternatives – Morpheus8 & Non-Invasive Treatments
- Kesselring Lip Surgery – What You Need to Know
- Advanced Deep Plane Facelift with Preservation Technique™
- Azerbaijani Aesthetic Surgery Goes Global: Dr. Mubariz Mammadli’s Presentation at the International Congress
- Azerbaijani Aesthetic Surgeon Mubariz Mammadli Achieves International Success
- Why Is the Platysma So Important?
- indeed, every plastic surgeon has likely encountered a statement like, “You didn’t pull my face tight enough.” This is often due to patients misunderstanding how anatomy, tissue dynamics, and healing processes work.
Plastik cərrahiyyədəki 4 maraqlı trend
Hələ 25-30 il bundan əvvəl plastik cərrahiyyə xidmətlərinə əsasən ciddi zahiri çatışmazlıqları düzəltmək üçün üz tuturdular. Müasir dövrümüzdə isə burunun, çənəaltı nahiyənin korreksiya edilməsi, dodaqların böyüdülməsi və göz kəsiyinin dəyişikliyi adi hala çevrilmişdir. Lakin müxtəlif ölkələrdə insanları fərqli plastik əməliyyat növləri cəlb edir.
Məsələn, ABŞ-da ən çox hamiləlik və doğuş sonrası fiqura korreksiya edilir, amma Tailand, Cənubi Koreya, Hindistan və İran kimi ölkələrdə qeyri-adi plastik əməliyyatlar toplusu müşahidə edilir ki, bu məqalə də məhz onlara həsr olunub.
Hindistanda ayaqların uzadılması
Bu, inanılmaz dərəcədə ağrılı bir prosedur olsa da, ayaqları uzatmağa və bunun hesabına boyu maksimum 7 sm artırmağa qadirdir. Əməliyyat texnikası onu ciddi travmalarda və ya uşaqlarda fərqli ayaq uzunluğunu düzəltmək üçün tətbiq edən cərrah-ortopedlərdən götürülmüşdür.
Sümüyü cərrahi üsulla sındırır, sonra isə bir neçə həftə ərzində ayağın salındığı İlizarov aparatı yardımı ilə dartırlar. Sınıq və dartılma yerində əmələ gəlmiş aralıq tədricən yeni ilik materialı ilə dolur.
Bu əməliyyat təkcə çox ağrılı yox, həm də ciddi ağırlaşmalara görə təhlükəlidir. Məsələn, xroniki infeksiya, yaxud yaranın pis sağalması bütün ətrafın amputasiyasına gətirib çıxara bilər.
Cənubi Koreyada yeni üz
Hal-hazırda Cənubi Koreya keçirilən plastik üz əməliyyatları sayına görə dünyada birinci yerdədir və plastik cərrahiyyə ölkə büdcəsinə əhəmiyyətli dərəcədə gəlir gətirir.
Burada radikal üz plastikası daha çox tələbatlıdır: V şəkilli çənəaltı, kiçik burunlar və avropoid göz forması xüsusilə tələbat kəsb edir.

İranda biçimli burunlar
İranda xanımlar çox vaxt permanentli qaş makiyajı və rinoplastika edirlər. Bu isə təəccüblü deyil. Qadınların ciddi tərzdə geyindiyi və bədənlərinin yad gözlərdən örtülü olduğu konservativ bir müsəlman ölkəsində mükəmməllik üçün qadına təkcə üz cizgilərinin gözəlliyini nəzərə çatdırmaq qalır.
İl boyu İranda keçirilən 40 000 plastik əməliyyatın 60 %-dən çoxu burun formasının yaxşılaşdırılmasının payına düşür.
Braziliyada popa, qarın və sinə