Sinə dikləşdirmə əməliyyatı

Sinə dikləşdirmə əməliyyatı

Sinə dikləşdirmə əməliyyatı nədir?
Süd vəzi sallanması və dəri elastikliyinin itirilməsi güclü çəki itkisi, hamiləlik və südvermə sonrası, həmçinin qadın orqanizmində baş verən yaş dəyişiklikləri ilə yarana bilən təbii prosesdir.
Əgər sinə əvvəlki forma və elastikliyini itirmiş, gilə-areol kompleksi aşağı yerdəyişmə etmişsə, mastopeksiya, yəni sinə dikləşdirmə əməliyyatı aparılır. Maksimum səviyyədə yaxşı estetik nəticə əldə etmək üçün mastopeksiya əməliyyatını tez-tez sinə böyütmə əməliyyatı ilə birləşdirirlər. Yəni eyni anda həm dikləşdirmə və həm də süd vəzilərinin implantla böyüdülməsi həyata keçirilir.

Göstərişlər
  • Döş sallanması ;
  • Asimmetriya;
  • Sinə həcminin itirilməsi.

Mastopeksiyanın növləri
Mastopeksiya (sinə dikləşdirmə əməliyyatı) bir neçə üsulla aparıla bilər. Daha uyğun olanını estetik cərrah süd vəzinin vəziyyəti və onun ptoz səviyyəsinə görə seçir. Əməliyyatın qiyməti də aparılan metodikaya və pasiyentin istəklərinə görə dəyişə bilər. Mastopeksiya prosesi dəri artıqlarının götürülməsi və toxumaların yerdəyişməsində cəmlənir.

Məmə dikləşdirmə nəticəsində gilə və areolun daha yüksək vəziyyətə yerdəyişməsi ilə süd vəzisinə yeni forma verilir. Çapıqlar zamanla görünməz olur. Çünki kəsiklər areol ətrafında, ya da areolda aşağı sinəaltı xətt boyunca aparılır. Buna şaquli mastopeksiya deyilir.

Böyük döşlər dikləşdirilərkən yalnız dəri deyil, həm də süd vəzi toxuması götürülür. Bu halda həm də sinə kiçiltmə əməliyyatı (reduksiyaedici mastoplastika) tətbiq edilir. Tək mastopeksiya isə yalnız dəri korreksiyasını – sinə dərisinin dikləşdirilməsini nəzərdə tutur. Bu zaman süd vəzi toxumasına toxunulmur.

sine diklesdirme


Sinə dikləşdirmə əməliyyatı üsulları
  • Birinci üsul: areol ətrafı sinə liftinqi – periareol mastopeksiya. Əgər pasiyentin sinəsi kiçikdirsə və deformasiya böyük deyilsə, bu metod tətbiq edilir. Belə əməliyyat çox vaxt endoprotezləşmə ilə müşayiət olunur. Çünki görünən ptozda və süd vəzi kiçildilməsində tək dikləşdirmə istənilən nəticəni vermir və süd vəzinin çatışmayan həcmi implantlarla doldurulur.
  • İkinci üsul: areol boyunca şaquli kəsikli sinə liftinqi – şaquli mastopeksiya. Metod böyük dəri həcminin götürülməsi zəruri olduqda tətbiq edilir. Şaquli sinə dikləşdirilməsi nəticəsində “tennis raketkası” şəklində çapıq qalır. Areol toxumalarında çapıqlar praktiki olaraq tam yox olana qədər sorulur. Aşağı hissədə kəsik areoldan sinəaltı xəttə qədər aparılır. Bu kəsik zamanı dəri artıqlarının yonulması ilə implantların yerləşdirilməsini birləşdirirlər.
  • Üçüncü üsul: T-şəkilli mastopeksiya – süd vəzilərinin areol boyunca sinə altında şaquli və üfüqi kəsiklərlə “lövbərvari” dikləşdirilməsi. Əgər burada süd vəzi toxuması korreksiyası zəruridirsə, onda söhbət “həcmli mastopeksiya”dan yox, sinə kiçiltmədən gedir. Bu əməliyyatdan sonra çapıq çevrilmiş T hərfini xatırladır.
  • Dördüncü üsul: SPAIR (Short-scar Periareolar-Inferior pedicle Reduction) metodikası ilə sinə dikləşdirilmə əməliyyatı. Metodika bir etapda süd vəzilərini bir neçə ölçü kiçiltməyə imkan verir. Çapıq areol konturu boyu vergül şəklində icra edilir ki, onun da quyruğu qoltuqaltı çökəklərə baxır.

Məmə dikləşdirmə əməliyyatı necə aparılır?
Sinə dikləşdirmə üzrə plastik əməliyyatın necə keçirilməsi haqda qərar plastik cərrah tərəfindən sırf pasiyentin fərdi göstəricilərinə və şəxsi istəyinə bağlı olaraq verilir. Bəzən sinəni yüngülcə “qaldırmaq” və dərialtı toxumanı düzgün şəkildə paylaşdırmaq kifayət edir.

Elə hallar da var ki, sinə forması korreksiyasından başqa, gilə-areol kompleksinin yerini dəyişmək və dərini sallanmalardan azad etmək də tələb olunur. Pasiyentlərin böyük əksəriyyəti sinə dikləşdirmə əməliyyatı ilə birlikdə sinə ölçüsünün böyüdülməsini də istəyir. Həqiqətən də, çox vaxt artıq dəri götürülməsi implant qoyulması ilə birləşdirilir. Böyük ptozda həcmli süd vəzisinə plastik cerrah sinə kiçiltmə və dikləşdirmə əməliyyatı icra edir.

Əks göstərişlər
  • Kəskinləşmə mərhələsində olan xroniki xəstəliklər;
  • Qan laxtalanması problemləri;
  • Süd vəzilərində çoxlu xoşxassəli törəmələr (kistalar) ;
  • Hamiləlik və südvermə (südvərmə sonrası 6 ay) ;
  • Onkologiya;
  • Şəkərli diabet.

Reabilitasiya
Məmə dikləşdirmə sonrası reabilitasiya-bərpa dövründə müvəqqəti ağrı hissiyyatı bir neçə gün ərzində keçib gedir. Bəzi məhdudiyyətlərlə adi həyat ritmi bir həftə sonra, orqanizmə tam güc isə 1-1,5 ay sonra qayıda bilər.

Ay ərzində kompessiyaedici geyim və fiziki gərginliyin məhdudlaşdırılması mütləqdir. Əməliyyatın yekun nəticəsi yalnız 3-6 aydan sonra dəyərləndirilir.

Metodikadan və sinənin vəziyyətindən asılı olaraq, əməliyyat 1,5 saatdan 4-5 saata qədər çəkə bilər. Pasiyent reabilitasiya rejiminə tam əməl edərsə, hər hansı bir fəsadın baş vermə ehtimalı sıfıra bərabərdir.

Reabilitasiya dövründə vacibdir:
  • Çiyin kəmərində gərginliyi maksimum istisna etmək;
  • Əməliyyat sonrası ilk həftələrdə fasiləsiz olaraq kompressiyaedici geyim geymək;
  • Vaxtlı-vaxtında sarğıya getmək.

Yuxarıda qeyd etdim ki, pasiyent reabilitasiya rejiminə tam əməl edərsə, hər hansı bir fəsadın baş vermə ehtimalı sıfıra bərabərdir. Lakin, şübhəsiz ki, bu məsələ yalnız pasiyentdən asılı deyil. Ondan da mühüm sayılan məhz cərrahın bilikli, peşəkar və təcrübəli olmasıdır. Təcrübəsiz əllərdə istənilən əməliyyat ağırlaşmalara və hətta bədbəxtliklərə gətirib çıxara bilər. Ona görə də cərrah seçimi düzgün olmalıdır.

Bu işdə mənə –  plastik cərrah Mübariz Məmmədliyə tam etibar edə bilərsiniz. Özüm kimi peşəkar komandamla birlikdə Azərbaycan və Bakı üzrə bütün estetik-plastik əməliyyatları professional şəkildə icra edirəm.

Запись на прием онлайн

AZE_FLAG +994