Alın kiçiltmə əməliyyatı (frontoplastika)


Alın kiçiltmə əməliyyatı nədir?

 

İndiki zamanda estetik əməliyyatlar sahəsindəki texnoloji inkişaflar sayəsində xarici görünüşün yaxşılaşdırılması üzrə bir çox üsullar əlçatandır. Belə üsullardan biri də alın kiçiltmə əməliyyatıdır. Bu əməliyyat həm də saçların bitiş xəttinin korreksiyası, frontoplastika və alın daraltma əməliyyatı kimi tanınır.

Normalda saçların bitiş xətti qaşlardan 5-8 sm yuxarıda başlayırsa, hündür saç bitişi xətti olan, yaxud uzunsov alınlı insanlarda bu məsafə xeyli böyükdür. İnsanlar tez-tez bu cür üz görünüşündən narazı olurlar, çünki o, asimmetrik görünür.

Alın kiçiltmə əməliyyatı apardıqda nəzərə alınmalı olan daha mühüm amillər baş dərisinin elastikliyi, saçların sıxlığı və strukturudur. Adətən, hərəkətlərin rahatlığına görə elastik baş dərisində əməliyyat icra etmək daha asandır. Əgər baş dəriniz daha sərtdirsə, iki mərhələli əməliyyat tələb oluna bilər.

 


Alın kiçiltmə əməliyyatı necə həyata keçirilir?

 

Alın kiçiltmə proseduru konsultasiyadan başlayır və bu zaman alının arzu olunan səviyyəsi, saçların bitiş xəttinin forması müəyyənləşdirilir.

 

1. Siz planlaşdırılan alın hündürlüyündən razı qalan kimi mütəxəssis prosedura başlaya bilər.

2. Alındakı artıq dəridən xilas olmaq üçün mütəxəssis bir transfollikulyar kəsik edir.

3. Sonra o, baş dərisini arzu olunan səviyyəyə gətirərək, yeni saç bitiş xətti yaradır.

4. Bərpa fazası. Transfollikulyar kəsik vacibdir. Çünki o, saçların bitməsinə xidmət edir və bərpa mərhələsində kəsiyi gizlətməyə yardım edir.

 


plastik-emeliyyat

Alın kiçiltmə əməliyyatından sonra reabilitasiya müddəti

 

Alın kiçiltmə əməliyyatından sonra bərpa müddəti, adətən, daha qısa və ağrısızdır. Estetik cərrah əməliyyat sonrası əməliyyat olunmuş nahiyəyə yüngül örtük qoyur ki, o da növbəti gün götürülür. Tikişlər 3-7 gün sonra sökülür, ondan sonra siz öz gündəlik həyatınıza dönə bilərsiniz. Bərpa dövründə fiziki işlərlə məşğul olmaq tövsiyə olunmur.


 

Alın kiçiltmə əməliyyatından sonra çapıq qalırmı?

 

Alın kiçiltmə əməliyyatı özündə kəsik yaradılması ehtiva etdiyinə görə, yeni saç bitişi xətti boyunca müvəqqəti böyük olmayan çapıq qalır. Əməliyyatdan sonra bir müddət çapıqlar çəhrayı rəngdə və həssas olur.

Lakin kəsiyin uzunu boyu saç bitdikcə, çapıq, adətən, iki həftə sonra, demək olar ki, tamamilə gözdən itir. Çapıqlaşma səviyyəsi cərrahınızın təcrübəsindən və  əməliyyatdan sonra sizin nə qədər ehtiyatlı olmağınızdan asılıdır.

 

Alin kiciltme emeliyyati təhlükəsizdirmi?

 

Alın daraltma əməliyyatı təhlükəsiz hesab olunur. Lakin plastik cərrah təcrübəsiz olarsa, istənilən digər əməliyyat kimi, onun da bəzi riskləri (az qanaxma, uyuşma, infeksiya, çapıqlaşma və ödem) vardır.

Əməliyyat vaxtı və sonra ağırlaşmalardan  yayınmaq üçün plastik cərrahınızın savadlı və təcrübəli olduğundan, sertikatlaşmış klinikada müalicə olunduğunuzdan və öz müalicə həkiminizin göstərişlərinə ciddi əməl etdiyinizdən əmin olun.

Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birlikdə Azərbaycan və Bakı üzrə alın kiçiltmə və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.

Запись на прием онлайн

AZE_FLAG +994