Оглавление
- Rinoplastika və alt blefaroplastika əməliyyatları
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma, Bella Eyes və orta üz gərmə əməliyyatlarından 1 il 3 ay sonrakı nəticə
- Üst blefaroplastika əməliyyatından 7 ay sonrakı nəticə
- Dərin Plan Üz Gərmə əməliyyatından 1 ay sonrakı nəticə
- Endoskopik qaş qaldırma və üst/alt blefaroplastika əməliyyatlarından 2 il sonrakı nəticə
- Alt və üst blefarolpastika əməliyyatlarından 1 ay sonrakı nəticə
- 9 интересных фактов о пластической хирургии
- Пластический эстетический хирург, доктор Мубариз Мамедов, участвовавший в конгрессе, прочитал обширную лекцию об эндоскопической подтяжк
Tanınmış aparıcı Ülvira Qarayeva plastik əməliyyat etdirdi
Tanınmış aparıcı Ülvira Qarayeva estetik əməliyyat olunmaq üçün mərkəzimizə müraciət edib. Son aylar üz nahiyəsindən narazı olan və bunu yaş artımı ilə əlaqələndirən məşhur uzun müddətdir ki, götür-qoy etdiyini, hansı həkimi seçəcəyi barədə tərəddüddə olduğunu bildirib. Nəhayət öz seçimini edən xanım aparıcı mənə – plastik cərrah Mübariz Məmmədliyə müraciət etmək qərarına gəlib.
Mən də bu müraciətə əsasən sevimlimiz Ülvira xanıma endoskopik qaş qaldırma, dərin plan üz gərmə və boyun gərmə əməliyyatı icra etdim. Bildiyimiz kimi, yaş artıqca yerin cazibə qüvvəsinin təsiri ilə qaşların aşağı düşməsi və dəri sallaqlığı yarana bilir. Bu əlamətlər insanı qoca göstərməklə yanaşı həm də onun üzünə qəmgin ifadə verir. Endoskopik qaş qaldırma və alın gərmə, üz gərmə və boyun əməliyyatları bu xoşagəlməzliklərin aradan qaldırılmasına şərait yaradır. Hər üç əməliyyat ümumi anesteziya altında həyata keçirilir.
Məşhur aparıcı Ülvira Qarayevaya icra etdiyim hər üç plastik əməliyyat uğurla başa çatıb. On il cavanlaşdığını qeyd edən Ülvira xanım nəticədən olduqca məmnun qalıb və bu barədə öz sosial şəbəkə hesabında paylaşımlar edib.
