Abdominoplastika əməliyyatı barədə 3 mif

Оглавление

    Abdominoplastika əməliyyatı barədə 3 mif

     

    Abdominoplastika qarının xarici görünüşünün dəri və piy artıqlarının götürülməsi yolu ilə korreksiyaya yönəlmiş cərrahi əməliyyatdır. Çox vaxt belə əməliyyat o pasiyentlərə keçirilir ki, onların artıq çəkisi var, uşaq doğmuş və ya xeyli çəki itirmişlər, bu isə qarında dəri sallanmasına səbəb olmuşdur.

    Abdominoplastika bədənin xarici görünüşünü əhəmiyyətli şəkildə yaxşılaşdıra və pasiyentlərin özgüvənini yüksəldə bilər. Lakin istənilən digər cərrahi prosedur kimi onun da riskləri və məhdudiyyətləri var və yalnız təcrübəli plastik cərrahın rəhbərliyi altında keçirilə bilər.

     

    Abdominoplastika əməliyyatı üçün göstərişlər

     

    Abdominoplastika əməliyyatı bu cür müxtəlif amillərdən dolayı qarnında artıq dəri və piy olan insanlar üçün göstəriş ola bilər:

     

    • Xeyli çəki itkisi;

    • Hamiləlik və doğuş;

    • Yaşlanma;

    • Genetik meyillilik.

     

    Abdominoplastika əməliyyatı pasiyentdən aşağıdakıları tələb edir:

     

    • Tam sağlamlıq;

    • Stabil çəki;

    • 18 və daha üzəri yaş.

     

     

    Əməliyyat keçirilməsi qərarı qəbul etməzdən əvvəl zəruri analiz və pasiyentin sağlıq durumu dəyərləndirilməsini aparacaq və əsaslı qərar qəbul etməyə yardım göstərəcək təcrübəli plastik cərrahla məsləhətləşmək lazımdır.

     

     

     

    Abdominoplastika barədə 3 mif

     

    Abdominoplastika əməliyyatı çox vaxt mif və əsassız fikirlərlərlə əhatə olunur. Qarın plastikası haqqında ən çox yayılmış miflərdən bəziləri:

     

    Mif №1. Abdominoplastika sürətli arıqlama vasitəsidir.

     

    Bu,doğru deyil. Abdominoplastika arıqlama üçün yox, pəhriz və idman yardımı ilə aradan qaldırıla bilməyən artıq dəri və piyin götürülməsi üçün nəzərdə tutulmuşdur.


    Abdominoplastika emeliyyati ; Abdominoplastika qiymeti ; Qarın gərmə əməliyyatı ;Reabilitasiya ;

     

     

    Mif №2. Abdominoplastikadan sonra qarın düz və qüsursuz olur.

     

    Bu da doğru deyil. Əməliyyat nəticəsi görünə bilər. Amma o, bədənin ilkin vəziyyətini, həkimin əməliyyat metodikası və əməliyyat sonrası qulluq barədə tövsiyələri də daxil olmaqla, bir çox amillərdən asılıdır.

     

     

    Mif №3. Abdominoplastika sonrası reabilitasiya çox uzun zaman alır.

     

    Yalan məlumatdır. Əməliyyat sonrası qulluqla bağlı bir sıra tövsiyələrə riayət edilməsi zəruri olduğu halda, əksər pasiyentlər əməliyyatdan bir neçə gün sonra gündəlik işlərinə dönə bilərlər.

     

     

    Yadda saxlamaq lazımdır ki, hər bir hal unikaldır və abdominoplastika əməliyyatı haqda qərar qəbul etməzdən əvvəl təcrübəli plastik cərrahla məsləhətləşib, risklər və gözlənilən nəticələr barədə bütün lazımi informasiyalar alınmalıdır.

    Запись на прием онлайн