
Baş, orta və ya kiçik barmaqda daha sıxlıqla rast gəlinən barmaq sayının çoxluğuna polidaktiliya deyilir və həm əllər, həm də ayaqlarda müşahidə oluna bilir. Bu növ anomaliyanın cərrahi müalicəsi 6-12 ay və ya 1 yaşdan sonra, ən tez şəkildə tibbi şərtlərə uyğun olaraq həyata keçirilməlidir. Əməliyyat öncəsi sümük toxumaları X-ray şəkillər vasitəsilə dəyərləndirilir və funksiyaları daha zəif olan barmaq digər barmaqlarda qan dövranını qorumaq şərtilə, zərərsiz şəkildə alınır.
Bu, irsi gen xəstəliyi, anadangəlmə bir qüsurdur və əl və ya ayaq barmaqlarının tam və ya natamam birləşməsi deməkdir. Belə halda embrional inkişaf dövründə barmaqların ayrılması prosesi baş vermir və inkişaf dayanır. Əgər bətndaxili həyatın 7 - 8 - ci həftəsində barmaqların formalaşması və barmaqarası arakəsmənin əmələ gəlməsi baş vermirsə inkişafın anomaliyası baş verir ki, bu da sindaktiliyada adlanır. Xəstəliyin müalicəsi operativdir və bir yaşdan yuxarı uşaqlarda bu əməliyyatın icrası mümkündür.
Müxtəlif dərəcəli yanıqlar görünüşü və orqanların funksiyalarını pozur. Elə buna görə də yanıqlar mütləq şəkildə tez müdaxilə tələb edir. Bərpa və estetik məqsədli müalicələrdən olan yanıqların sağalması bu zaman daha effektiv nəticələr verməkdədir.
Bu cərrahiyyə rekonstruksiya əməliyyatlarının əsasını təşkil edir. Flep əməliyyatı qan dövranını və canlılığını qoruduğumuz bədənin bir hissəsindən bədənin digər hissəsinə bir toxuma aparmaqdır. Başqa sözlə, bədənin başqa bir yerindən alınan canlı bir toxuma ilə bir toxuma çatışmazlığını düzəltməyə çalışır.
Dövrümüzdə müxtəlif bədən nahiyələrinə gözəlləşmək məqsədli süni gellərin yeridilməsi dəb halındadır. Lakin bu əməliyyatın nəticəsindən razı qalmadığınız halda gellərin bədəndən tamamilə təhlükəsiz şəkildə xaric edilməsi prosesini bizə həvalə edə bilərsiniz.
Gündəlik sosial həyatınızın axarına maneə törədən və digər tibbi müalicə üsullarına cavab verməyən miqren xəstəliyinin ən müasir və effektiv üsulu miqren cərrahiyyəsidir. Əməliyyatın müvəffəqiyyət faizi 90-dan çoxdur. Bu zaman yaranan kəsiklər çox kiçik olduğu üçün heç bir iz buraxmır.
Dikişlə bağlana bilməyən yaraların müalicəsində istifadə olunan dərinin bir hissəsini və ya hamısını ehtiva edən əməliyyat dəri köçürülməsi adlanır. Bu zaman bədənin başqa bir hissəsindən alınan toxuma parçası tamamilə ayrılaraq başqa yerə köçürülür. Köçürülən bu toxuma isə yaranın bərpası üçün istifadə olunur və sağalma prosesini tezləşdirir.
Bu növ xəstəliyin diaqnozu hamiləlik dövründə ultrasəs müayinəsi vasitəsilə və ya doğumdan sonra qoyulur. Dovşan dodaqlılıq müalicəsi, onun səbəb olduğu nitq qüsurlarını, dişlərin vəziyyətini, üzün quruluşunu və eşitmə problemlərini aradan qaldırmağa xidmət edir. Müalicə prosesinə planlaşdırılmış müayinələr və uşaqlıq dövründən yetkinlik dövrünə qədər digər müxtəlif mərhələlər daxildir. Tələb olduğu halda, böyüklərdə də xüsusi müalicələrin aparılması mümkündür.
Qurd ağızlılıq diaqnozu doğum evində, yaxud hamiləlik zamanı ultrasəs müayinəsi ilə təyin olunur. Qüsurun müalicə prosesinə əsasən plastik cərrahiyyə, üz-çənə cərrahiyyəsi və otoloji və ortodont müalicə, nitq terapiyası və yarıq üzrə ixtisaslaşmış xəstəyə qayğı xidməti daxildir. Yeni üsullar ilə üz quruluşu, nitq, diş və dişlərin vəziyyətinin müalicəsi arzuolunan nəticələr verir.
Close
Follow us on social media