BƏDƏN ŞƏKİLLƏNDİRMƏ ƏMƏLİYYATI

Оглавление

    BƏDƏN ŞƏKİLLƏNDİRMƏ ƏMƏLİYYATI


    Bədən şəkilləndirmə əməliyyatı nədir?
    Bədən şəkilləndirmə əməliyyatı – bədən konturları estetikasının bərpasına yönəlmiş plastik cərrahiyyə bölümüdür. Adətən bu, özündə problemli yerlərin – üzün, alının, qaşların, sinənin və qarının gərilməsini ehtiva edir.

    Başqa sözlə, bədən şəkilləndirmə əməliyyatı – üz gərmə, qaş qaldırma və alın gərmə, mammoplastika, abdominoplastikaqluteoplastika əməliyyatlarının birləşməsindən ibarətdir.

    Ümumiyyətlə, gərmə sallaq, bürüşmüş dərinin olduğu hər yerdə, məsələn, qollarda və popoda da icra edilir. Gərmənin özündən başqa da, bədən şəkilləndirmə əməliyyatında piy implantları, sintetik implantlar, liposaksiya və bəzi başqa prosedurlar tətbiq oluna bilər.

    Bədən şəkilləndirmə əməliyyatı zamanı təkcə artıq piy toxumasının götürülməsi deyil, həm də dəri artıqlarının yonulması həyata keçirilir. Adətən, bədən şəkilləndirmə əməliyyatı özündə həm piy götürülməsini, həm də gərməni birləşdirir.

    Çünki təklikdə bu prosedurlar nəinki təkcə effekt verməz, həm də bütün görünüşü korlaya və pasiyenti arzuolunan estetik effektdən məhrum edə bilər.

    Bədən şəkilləndirmə əməliyyatı həm də yaşlanma, keçirilmiş doğuş fəsadlarından, bir də sürətli arıqlama verən bariatrik cərrahiyyə nəticələrindən qurtulmaq üçün tətbiq edilir.

    Beden şekillendirme emeliyyati özündə popanın, budların və qarının aşağı hissəsinin gərilməsini, həm də braxioplastikanı ehtiva edir. Bədən şəkilləndirmə əməliyyatında kəsiklər elə edilir ki, onları asanlıqla paltar altında gizlətmək mümkün olsun və adətən, bədənin təbii qatlarında (büküşlərində) yerləşir.

    Gərmə effektinə dəstək üçün təbəqəli kosmetik tikişlər tətbiq olunur və bu, dərini dartıb hamarlamağa imkan verir.
    Bədən şəkilləndirmə əməliyyatından sonra digər plastik əməliyyatlardakı kimi toxumalarda müəyyən şişkinlik ola bilər. Onları azaltmaq üçün kompressiyaedici trikotaj, həm də yaraya qoyulan steril drenaj trubkalar tətbiq edilir.

    Beden sekillendirme emeliyyati kimlər üçün göstərişdir?

    Bədən şəkilləndirmə əməliyyatı popada, budların arxa, ön, yan səthlərində, qarının aşağısında sallaq boşalmış dərisi olan pasiyentlərə göstərilən nahiyələrdə dəri altında nisbi nazik piy təbəqəsi olduqda, həmçinin kəskin arıqlaması olan pasiyentlərə göstərişdir.

    Piylənmə zamanı bədən şəkilləndirmə əməliyyatı yalnız liposaksiyadan sonra edilir. Çünki bədən şəkilləndirmədən sonra arıqlama əməliyyatın bütün effektini heçə endirər.

    Bariatrik cərrahiyyə keçirmiş pasiyentlərə bədən şəkilləndirmə 1 ildən sonra bu və ya digər problemli yerlərdə gərmələr şəklində tövsiyə edilir ki, bariatrik müdaxilələrin nəticəsi baş tutsun və pasiyent arıqlasın.

    Bədən şəkilləndirmə əməliyyatı gələcəkdə doğuş planlaşdıran qadınlar üçün arzuolunan deyil. Çünki doğuşdan sonra ona yenidən bu cür plastik əməliyyat gərək olacaq. Ona görə ən yaxşısı bədən şəkilləndirmə əməliyyatını doğuş sonrası üçün planlaşdırmaqdır.

    Bədən şəkilləndirmə əməliyyatı necə icra edilir?
    Bədənin aşağı hissəsinin gərilməsi özündə bud, popa, həmçinin qarın gərmə texnikasını ehtiva edir. Əməliyyatın mahiyyəti burada artıq piylərin, həm də qarın divarında göbəkdən qasığa qədər dəri artıqlarının götürülməsindən ibarətdir.

    Sonradan qalmış dəri yüngülcə dartılaraq, yara qat-qat olaraq tikilir. Şişkinliyin azaldılması və hematomaların profilaktikası üçün yaraya drenaj trubkası (borucuğu) qoyulur. Popada və budların arxa-yan səthlərində bədən şəkilləndirmə əməliyyatı icra edilən zaman pasiyent adətən qarnı üstə uzadılır.

    Qarın gərmə və budların ön səthinin gərilməsi zamanı isə pasiyenti kürəyi üstə uzadırlar. İki əsas üsul mümkündür ki, bunları plastik cərrahla müzakirə etmək lazımdır.

    •    Birinci üsul – konturlu qarın plastikası və abdominoplastikanın birləşdirilməsi.
    •    İkinci üsul – əgər pasiyentdə görünən qarın əzələsi zəifliyi və atoniyası yoxdursa və ya o, öncədən abdominoplastika keçirmişdirsə, konturlu qarın plastikası və budların iç səthinin gərilməsinin birləşdirilməsi.

    Artıq dərinin yonulması qarın köklüyünün ləğvi və onun yastılaşdırılması üçün piy toxumasının götürülməsi ilə birləşdirilə bilər. Liposaksiyadan fərqli olaraq, qarın gərmədə başlıca məqsəd pasiyentin “arıqlaması” yox, sallanmış bürüşük dəri qatlarının ləğvidir. Lakin çox vaxt liposaksiya konturlu qarın, bud və ya popa plastikası ilə birləşdirilir.

    Cərrahi müdaxilə əməliyyatın həcmindən asılı olaraq, 4 saatdan 7 saata qədər çəkir. Ümumi anesteziya tətbiq edilir.

    bədən şəkilləndirmə əməliyyatı

    Bədən şəkilləndirmə əməliyyatı qiyməti

    Ən çox verilən suallardan biri beden sekillendirme emeliyyati qiymeti barədədir. Bütün əməliyyat və ya prosedurların qiymetleri klinika, həkim, plastik cərrah və digər aspektlərə görə dəyişir.

    Reabilitasiya (bərpa) dövrü

    Beden sekillendirme emeliyyati özündə bir və bir neçə müdaxilə tipi birləşdirə bilər ki, bu da pasiyentin vəziyyətindən, əməliyyatın xarakteri və həcmindən asılıdır. Bəzi hallarda sadəcə popa, yaxud bud nahiyəsində gərmələr, digərlərində liposaksiya ilə tam abdominoplastikanın və bədənin başqa nahiyələrində gərmələr yetərli olur.

    Bu, stasionarda bir neçə gün qalmağı tələb edə bilər. Geniş müdaxilələrdən sonra müəyyən bir reabilitasiya dövrü tələb oluna bilər.
    Əməliyyatdan sonrakı dövrdə ağrıkəsicilər və infeksiyalı ağırlaşmaların profilaltikası üçün antibiotiklər təyin edilir. Mütəmadi olaraq steril sarğı dəyişilir.

    Bir neçə günlük məxsusi pəhriz təyin olunur. Ağırlaşmalardan yan keçmək üçün müalicə həkiminin bütün göstərişlərinə əməl etmək vacibdir. Yumşaq toxumaların şişkinliyinin azaldılması üçün əməliyyatdan sonra xüsusi kompressiyaedici bandajlar (qarına), ya da kompressiyaedici trikotaj (budlara, qollara) tətbiq edilir.

    Adətən tikişlər özləri sorulur. Əgər sorulmayan tikişlər qoyulmuşdursa, onlar bir həftə sonra sökülür. Tikişlər sökülərkən drenajlar da çıxarılır. Əməliyyatdan sonra 1 ay boyunca ağır fiziki gərginlikdən, ağırlıq qaldırmaqdan çəkinmək mütləqdir. İdman və bədən tərbiyəsi məşğələlərini də bir müddət təxirə salmaq lazımdır. Reabilitasiya dövrü adətən 3-4 həftə çəkir.

    Mən plastik cərrah Mübariz Məmmədli öz komandamla birgə Azərbaycan və Bakı üzrə bədən şəkilləndirmə əməliyyatı və digər estetik-plastik əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirəm.


    Запись на прием онлайн