SİNDAKTİLİYA ƏMƏLİYYATI

Mündəricat


    SİNDAKTİLİYA ƏMƏLİYYATI

    Sindaktiliya nədir?

    Sindaktiliya əldə və ayaq pəncəsində iki və ya daha artıq barmağın tam, yaxud natamam bitişikliyi ilə xarakterizə olunan anadangəlmə əl və ayaq inkişafı anomaliyasıdır. Cərrahi müdaxilə barmaqların ayrılmasına yönəlir və müxtəlif metodikaların tətbiqi ilə, qüsurun mürəkkəbliyi, barmaqların inkişafı və digər amillər nəzərə alınmaqla həyata keçirilir.

    Tibbi statistikaya görə, bütün anadangəlmə yuxarı ətraf anomaliyalarının 50%-i sindaktiliyanın payına düşür. O, 2-3 min yenidoğulmuşda bir dəfə rast gəlinir və digər yuxarı və aşağı ətraf deformasiyalı qüsurlar ilə birləşə bilər. Yarıdan çox hallarda bu patologiyalı uşaqlarda dayaq-hərəkət sistemi xəstəlikləri aşkarlanır.

    Sindaktiliyanın səbəbləri və təsnifatı

    Mütəxəssislər sintaktiliyanı anadangəlmə və sonradan qazanılma olaraq ikiyə ayırırlar. Birinci daha çox yayılmışdır və dölün bətndaxili inkişaf prosesində formalaşır. Əsas faktorlar aşağıdakılardır:

    •    Valideynlərlə ötürülmüş genetik meyillilik;
    •    Hamiləliyin erkən vaxtlarında farmokoloji preparatların nəzarətsiz qəbulu;
    •    Hamilə qadının orqanizminə toksik təsirlər;
    •    Rentgen şüaları ilə şüalanma;
    •    Hamiləlik vaxtı keçirilmiş infeksiyalar.

    Sindaktiliya əməliyyatına göstərişlər

    Yuxarı ətrafların sindaktiliyası olan xəstə kosmetik qüsura görə psixoloji diskomfort yaşayır. O özündəki natamamlıq duyğusundan şikayətlənər, ünsiyyət və özgüvən əksikliyi hiss edə bilər. Bununla yanaşı, xəstəlik təkcə barmaqların yox, bütün ətrafın normal hərəkətlərini məhdudlaşdırır.

    Nəticədə uşaq inkişafdan qalır, onun intellectual və nitq bacarıqları dayanır ki, bu da təhsilə mane olur və gələcəkdə normal özünürealizə etməyə imkan vermir.

    Ayaq sindaktiliyasına gəldikdə, burada da diskomfort vardır. Qüsuru ayaqqabı ilə gizlətmək olsa da, bir sıra sahələr vardır ki, belə xəstələr özlərini natamam hiss edirlər. Onlar trenajor zalları və hovuzlara, sauna və çimərliklərə getməkdən imtina edirlər. Eyni zamanda, ayaq barmaqları anomaliyası yetərincə nadir hallarda funksional pozğunluqlarla ağırlaşmış olur. Buna görə də pasiyentin həkimə getməsi çox vaxt kosmetik qüsurdan qurtulma istəyinə bağlı olur. 

    Sadə formada əməliyyat 1-2 yaşlarda, mürəkkəb formada isə 5 aylıqdan 1 yaşa qədər göstərişdir. Erkən müdaxilə ümumi inkişafdan qalmanı və ikincili deformasiyalar kimi ağırlaşmaların inkişafının qarşısını alır.

    sindaktiliya əməliyyatı

    Sindaktiliyanın müalicəsi

    Sindaktiliyanın müalicəsi yalnız cərrahi yolla mümkündür. Xəstəliyin formaları, tipləri və növlərinin müxtəlifliyinə görə optimal metodikanı ciddi olaraq fərdi qaydada, hər bir ayrı hal üçün onun özəlliklərini nəzərə almaqla seçirlər. Cərrahi müdaxilə təkcə kosmetik effektin aradan qaldırılmasına yönəlmiş olmur, həm də zədələnmiş ətrafın funksiyalarını yaxşılaşdırmağa imkan verir. Mürəkkəb formalarda o, dəri örtüyünü, yumşaq toxumalar və sümükləri korreksiya edən bir neçə plastik əməliyyat keçirilməsini tələb edir.

    Əməliyyat planı hazırlayarkən, plastik cərrah barmaqların ayrılmasının mərhələlərlə yerinə yetiriləcəyi amilini diqqətə alır. Əgər bütün, ya da bir neçə barmağın sindaktiliyası varsa, ilk olaraq, birinci və beşinci, sonra ikinci və üçüncü, yalnız bundan sonra üçüncü və dördüncü barmaqları ayırırlar. Bu cür yanaşma doğrudur, çünki invaziya zamanı iri qan damarının zədələndiyi təqdirdə barmağın ölməsi riskini yoxa çıxarır.

    Cərrahların rəhbər tutduğu prinsiplərdən biri də yara kənarlarının gərilməsini istisna etməkdir, dəri sərbəst şəkildə olmalıdır. Əks halda, kobud, yaraşıqsız çapıqlar və buruqlar yaranar, barmaqları normal inkişaf etməyə imkan verməz, kontrakturaların əmələ gəlməsinə yol açar.

    Mən – plastik cərrah Mübariz Məmmədli sindaktiliya əməliyyatı, həmçinin digər plastik-estetik və rekonstruktiv əməliyyatları Bakı və Azərbaycan üzrə peşəkar səviyyədə icra edirəm.


    Onlayn randevu al